Bakının azad olunmasının 100 illiyi ilə bağlı beynəlxalq konfrans olacaq
Tarix: 25.07.2018 | Saat: 19:38:00 | E-mail | Çapa göndər


Sentyabrın 13-dən 16-dək Bakıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun və Türkiyənin Atatürk Araşdırma Mərkəzinin təşkilatçılığı ilə “Birinci Dünya müharibəsi dövründə Osmanlı dövləti - Azərbaycan əlaqələri və Qafqaz İslam Ordusu” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
Tarix İnstitutundan verilən məlumata görə, Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” sərəncamlarına uyğun olaraq keçiriləcək konfrans Bakının daşnak-bolşevik işğalından azad olunmasının 100 illiyinə həsr edilib.
Konfransda Azərbaycan, Türkiyə və dünyanın digər ölkələrindən olan alimlərin 100-dək məruzəsinin dinlənilməsi nəzərdə tutulub.
Xatırladaq ki, Azərbaycan və türk hərbi qüvvələri 1918-ci ildə daşnak-bolşevik qoşunlarına qarşı birgə savaşıb. Görkəmli hərb xadimi Əliağa Şıxlinski Qafqaz İslam Ordusunun tərkibinə daxil olan Azərbaycan qoşun hissələri və könüllü dəstələrinin döyüş fəaliyyətini təşkil etmək üçün dəfələrlə cəbhə xəttinə gedib. O, şəhər ətrafındakı qərargahdan Nuru paşa ilə birlikdə döyüşlərin idarə olunmasında bilavasitə iştirak edib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
13.12.2019
İstirahət günlərində gözlənilən hava proqnozu
13.12.2019
Xaçmazda 12 yaşayış məntəqəsini birləşdirən yolun tikintisinə 15,4 milyon manat ayrılıb
13.12.2019
Prezident 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında Sərəncam imzalayıb
13.12.2019
Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tanker istismara verilib
13.12.2019
Azərbaycanın valyuta ehtiyatları ilin əvvəlindən 13 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11403

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
3 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
4 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”
5 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info