Şeyx Dursun türbəsi bərpa olunur
Tarix: 25.07.2018 | Saat: 19:40:00 | E-mail | Çapa göndər


Müasir Ağsu şəhər qəbiristanlığında XIV əsr xəlvətilik sufi məktəbinin simvolu olan Şeyx Dursun türbəsində bərpa və konservasiya işləri aparılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bərpa və konservasiya işləri MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Dövlət Xidmətinin razılığı və təşkilati dəstəyi ilə YOKOKU Mədəni İrsin Konservasiyasında Gənclər Beynəlxalq Assosiasiyasının “Şeyx Dursun türbəsi: konservasiya, mədəniyyət və cəmiyyət” layihəsi çərçivəsində aparılır. Avqust ayında da davam etdiriləcək bərpa və konservasiya işlərində Romana Albinin rəhbərliyi ilə mədəni irsin bərpası üzrə İtaliyadan olan mütəxəssislər qrupu çalışır.
Türbə səkkizguşəli olub, xəlvətilik sufi məktəbinə məxsus digər şeyxlərin qəbirləri üzərindəki türbələrlə oxşarlıq təşkil edir. Qazıntı işləri zamanı üzə çıxan qalıqlardan Şeyx Dursunun sufi xanəgahının da həmin məkanda yerləşdiyi anlaşılır.
Qeyd edək ki, türbənin bərpası və konservasiyası işləri çərçivəsində 15 nəfər peşəkar və həvəskar gənc bərpaçılar üçün “Mədəni irs konservasiya materialları və metodlarının qurulması” mövzusunda kurs keçirilir. Kursun məqsədi kimya da daxil olmaqla, nəzəri əsaslarla praktiki bacarıqlara sahib olmaq, iştirakçının daş materiallar və əsərlərin bərpasına əhəmiyyətli dərəcədə töhfə vermək, çoxtərəfli yanaşma əsasında müvafiq konservasiya işləri aparmaqdır. Praktik təcrübəyə əsaslanan məruzələr YOKOKU Mədəni İrsin Konservasiyasında Gənclər Beynəlxalq Assosiasiyasının mədəni irsin bərpası üzrə mütəxəssisləri Romana Albini və Laura Rivaroli, eləcə də mədən irsin analitik tədqiqi üzrə mütəxəssis Andrea Makkia, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli və Həbibə Əliyeva, mədəni irsin bərpası üzrə maşınlar istehsal edən İBİKS şirkətinin nümayəndələri Alfonso Bazile və Marko İlari, Rusiyadan olan mütəxəssis Anna Mordanova tərəfindən aparılır.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
05.12.2019
“İnsan kapitalı” layihəsi başa çatdı
05.12.2019
Meliorasiya və Su Təsərrüfatının kollektivi 1500-dən çox ağac əkib
05.12.2019
Masallıda şəhidlər Sehran Hacıyev və Nurlan Əsgərovun xatirəsi anılıb
05.12.2019
Paytaxtın əsas yollarında sürət həddi endirildi
04.12.2019
Ordubadda Allahşükür məscidi istifadəyə verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11399

1 Məhərrəm Əliyevə general-polkovnik ali hərbi rütbəsi verildi
2 Səbinə Əliyeva ombudsman seçildi
3 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info