“Mədəniyyət” qəzetinin xüsusi buraxılışı işıq üzü görüb
Tarix: 25.07.2018 | Saat: 21:38:00 | E-mail | Çapa göndər


“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir. İlk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılıb. Biz haqlı olaraq fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıbdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı azadlıqsevər, mütərəqqi xalqdır”.
AZƏRTAC xəbər verir ki, “Mədəniyyət” qəzetinin “Cümhuriyyət 100” adlı xüsusi buraxılışının ilk yazısı Prezident İlham Əliyevin mayın 28-də Cümhuriyyətin yubileyi münasibətilə təşkil olunmuş rəsmi qəbulda dediyi bu sözlərlə başlayır.
Ölkə başçısının “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 17 may 2017-ci il tarixli və 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında 10 yanvar 2018-ci il tarixli sərəncamlarının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına əsasən, Mədəniyyət Nazirliyinin mətbu orqanı olan “Mədəniyyət” qəzetinin xüsusi buraxılışı hazırlanıb. Nəfis tərtibatlı, rəngli, 48 səhifəlik xüsusi buraxılış “Mədəniyyət” qəzeti redaksiyasının və “Baku Guide” MMC-nin birgə nəşri olaraq ərsəyə gəlib.
“Cümhuriyyət 100” xüsusi buraxılışında dövlətçilik tariximizin bu şanlı səhifəsinin zəngin irsi, 1918-1920-ci illərdə milli dövlət quruculuğunda əldə olunan nailiyyətlər, o dövrün mədəni irsimizə verdiyi töhfələr, eləcə də Mədəniyyət Nazirliyinin Cümhuriyyətin yubileyi ilə bağlı həyata keçirdiyi bir sıra layihə və tədbirlər, bütün ölkə boyu bu münasibətlə gerçəkləşən mədəni-kütləvi mərasimlər əksini tapıb.
Xüsusi buraxılışın böyük bir hissəsi ölkəmizin regionlarında “Cümhuriyyət ili” çərçivəsində gerçəkləşən tədbirlərə ayrılıb. 2018-ci ildə “İslam mədəniyyətinin paytaxtı” olan Naxçıvanda, Mədəniyyət Nazirliyinin 15 regional idarəsinin əhatə etdiyi şəhər və rayonlarımızda təşkil olunan konsert və sərgilər, konfrans və dəyirmi masalar, digər mərasimlər nəşrdə əksini tapıb.
“Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır!” – ulu öndər Heydər Əliyevin bu tarixi sözləri “Cümhuriyyət 100” xüsusi buraxılışının ümumi leytmotivini əks etdirir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.11.2019
Yeni kukla teatrı açılıb
22.11.2019
Bakıda keçiriləcək üçüncü Beynəlxalq Tanqo Festivalının proqramı zəngindir
21.11.2019
Özbək tələbələr Azərbaycana dair muzeylərdə ekskursiyada olublar
20.11.2019
Özbəkistanlı qonaqlar “Azərbaycanfilm” kinostudiyasında olublar
20.11.2019
Xalq şairi Vaqif Səmədoğluna həsr olunmuş ədəbi-bədii gecə keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub
5 Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info