Dini dəyərlərimizin təbliği diqqət mərkəzində saxlanılır
Tarix: 25.07.2018 | Saat: 21:45:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Agentlik dövlətin din sahəsində mövcud konsepsiyasını əsas tutaraq din-dövlət münasibətlərinin tənzimlənməsi və bundan irəli gələn vəzifələrin icrası, dini icmalar və cəmiyyətdə milli-mənəvi dəyərlərimizin təbliği və maarifləndirmə işlərinin təşkili istiqamətlərində fəaliyyət göstərir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin kollegiya iclasında çıxış edən agentliyin direktoru Vüqar Babayev deyib.
Agentliyin direktoru qeyd edib ki, 2018-ci ilin Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı seçilməsi ilə əlaqədar qurum tərəfindən bir sıra tədbirlər həyata keçirilib. Belə ki “İslam dinində Ramazan və Qurban bayramları” mövzusunda elmi forum, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə “İslam dinində ailə dəyərləri” mövzusunda konfrans təşkil olunub. Bu tədbirlər çərçivəsində “İslamda müdrik kəlamlar” adlı kitab da nəşr edilib. Həmçinin Naxçıvan Muxtar Respublikasında dini bayramlar, ayinlər və yas mərasimlərinin milli-mənəvi dəyərlərimizə və ənənələrimizə uyğun şəkildə keçirilməsi məqsədilə bir sıra tədbirlər görülüb.
“Hazırda muxtar respublika ərazisində 209 məscid fəaliyyət göstərir. Rayon və kəndlərdə fəaliyyət göstərən məscidlərin təmizliyinə ciddi diqqət yetirilir. Məscidlərdə İslam dininin əsaslarına uyğun olaraq ibadətlər təşkil edilir, tolerantlıq prinsipləri ciddi şəkildə qorunur”, - deyən Vüqar Babayev diqqətə çatdırıb ki, məscidlərdə birgə ibadət etmə təmin olunur, bölgələrdə maarifləndirmə işləri aparılır. Din xadimləri tərəfindən namazların və eləcə də cümə namazlarının təşkili diqqətdə saxlanılır.
Vurğulanıb ki, xarici ölkələrdəki müqəddəs yerlərə ziyarətlərin təşkili ilə əlaqədar bir sıra tədbirlər həyata keçirilib. Belə ki, zəvvar qruplarının təşkili müvafiq qanunvericiliyin tələblərinə uyğun şəkildə lisenziyalaşdırılmış formada və dini qurumlarla iş üzrə idarə ilə razılıq əsasında bir neçə şəxs tərəfindən aparılır.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
04.12.2020
ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib
04.12.2020
Ali Baş Komandan Vətən Müharibəsində minimal itkilərlə zəfər qazanmaq strategiyasını uğurla həyata keçirdi - İsa Həbibbəyli
04.12.2020
Uşaqların müharibə cinayətlərinin qurbanı olması qəbulolunmazdır - UNİCEF-in icraçı direktoru
04.12.2020
Dağlıq Qarabağı dövlət kimi tanımaq qərarı verən parlament yalnız fransız nağıllarında yer ala bilər - Mustafa Şentop
04.12.2020
Prezident İlham Əliyevin Fransaya tövsiyəsini mən də dəstəkləyirəm - Ərdoğan

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12129

1 Metyu Brayza: “Fransa ATƏT-in Minsk Qrupunun həmsədri ola bilməz”
2 Dağlıq Qarabağ və ətraf regionların bərpa olunan enerji resurslarından səmərəli istifadə qarşıda duran əsas prioritetdir - Pərviz Şahbazov
3 Azan sədasında quşların möhtəşəm rəqsi - VİDEO
4 “LUKOYL-Azərbaycan” haqqında yayılan sorğu və kampaniya həqiqət deyil
5 Distant təhsilin müddəti uzadıldı - QƏRAR


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info