“Prezidentin Fransa səfəri əlaqələrin inkişafı üçün etibarlı zəmin yaradır”
Tarix: 25.07.2018 | Saat: 23:50:00 | E-mail | Çapa göndər


“Azərbaycanla Fransa arasında güclü siyasi əlaqələr tərəflər arasında bütün sahələr üzrə əməkdaşlığın inkişafına müsbət təsir göstərir.”
Bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib. Millət vəkili bildirib ki, Prezidentin Fransa Respublikasına səfəri ikitərəfli iqtisadi, siyasi və humanitar əməkdaşlıq əlaqələrinin yeni səviyyəyə yüksəlişi üçün mühüm əhəmiyyətə malikdir: “Təqdirəlayiq haldır ki, Fransanın siyasi rəhbərliyi, biznes dairələri Azərbaycan Prezidentinin Fransaya səfərinə mühüm əhəmiyyət verib. Prezident İlham Əliyevin Fransanın aparıcı şirkət rəhbərləri ilə çoxsaylı görüşləri bu ölkənin biznes dairələrinin Azərbaycana böyük marağının ifadəsidir. Səfər çərçivəsində keçirilən görüşlər zamanı səsləndirilən fikirlər münasibətlərin inkişafının məmnunluq doğurduğunu deməyə əsas verir. Səfər zamanı Prezident İlham Əliyev Fransa Prezidenti Emmanuel Makron, Fransa senatının sədri Jerar Larşe, Fransa Milli Assambleyasının sədri Fransua de Rüji, eləcə də Fransa iqtisadiyyatında aparıcı rol oynayan şirkət rəhbərləri ilə yüksək səviyyəli görüşlər keçirib. Görüşlərdə ikitərəfli əlaqələrin inkişafına xidmət edən vacib məsələlər müzakirə olunub. Hesab edirəm ki, dövlət başçısının Fransaya səfəri ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün etibarlı zəmin yaradır”.




 
Bölməyə aid digər xəbərlər
30.11.2020
“Moskva ona sadiq qalan Bakıya xəyanət etdi” –Maksim Şevçenko
30.11.2020
“Müharibənin bitdiyinə ümid edənlər Laçındakı son yaşantıları izləsin”
29.11.2020
“Azərbaycanla düşmənçiliyə son qoymaq istəyirik”- Paşinyan
29.11.2020
“Xankəndini də itirəcəyik” – Sarkisyanın etirafı üzə çıxdı
29.11.2020
Jerar Depardye: Azərbaycana heyranam

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12006

1 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
2 “Ezo gəlin” şorbası necə bişirilir?
3 Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
4 Strakonikeia Antik şəhərində mifoloji maskalar aşkar edilib
5 Yeni Zelandiyada 100-dən çox delfin özünü sahilə atıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info