Afrikalı tələbələr Azərbaycanda müxtəlif təhsil proqramlarında iştirak edə bilərlər
Tarix: 25.07.2018 | Saat: 23:52:00 | E-mail | Çapa göndər


Baş nazir Novruz Məmmədov Afrika İttifaqı Komissiyasının enerji və infrastruktur məsələləri üzrə komissarı xanım Amani Abu-Zeyd ilə görüşüb. Görüşdə Azərbaycan Respublikası ilə Afrika İttifaqı arasında yüksək səviyyəli dialoqun və səfərlər mübadiləsinin həyata keçirilməsinin, hüquq-müqavilə bazasının yaradılmasının vacibliyi vurğulanıb. Baş nazir Novruz Məmmədov qeyd edib ki, Azərbaycan Afrika ölkələri ilə iqtisadi əməkdaşlığı genişləndirməkdədir. Bu əlaqələrin inkişaf etdirilməsi üçün son illər mühüm addımlar atılıb. Eyni zamanda, Azərbaycanın bir sıra Afrika ölkələrinə humanitar yardımlar göstərdiyini xatırladan Baş nazir qeyd edib ki, iqtisadiyyatın müxtəlif istiqamətlərində, xüsusən, energetika sahəsində Azərbaycan ilə Afrika İttifaqı arasında əməkdaşlıq üçün böyük potensial mövcuddur. Azərbaycanın neft-qaz hasilatı və ixracı sahəsində zəngin təcrübəsinin olduğunu bildirən Baş nazir deyib ki, ölkəmiz bu təcrübəsini Afrika İttifaqı ölkələri ilə bölüşməyə hazırdır. 2019-2022-ci illər ərzində Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik edəcəyini diqqətə çatdıran Baş nazir Novruz Məmmədov bunun təşkilatda təmsil olunan Afrika ölkələri ilə Azərbaycan arasında əlaqələrin daha da genişlənməsinə imkan yaradacağını qeyd edib. Ölkəmizin elektron idarəçilik sisteminin yaradılması sahəsində əldə etdiyi nailiyyətlərdən danışan Novruz Məmmədov artıq dünyada Azərbaycan brendi kimi tanınan “ASAN xidmət” modeli və onun şəffaflıq, vətəndaş məmnunluğu sahəsində oynadığı əhəmiyyətli rol haqqında ətraflı məlumat verib. Baş nazir son illər ölkəmizdə yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirildiyini, bunun üçün mükəmməl infrastrukturun yaradıldığını bildirərək Bakı şəhərinin “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi üçün namizədliyinin irəli sürüldüyünü diqqətə çatdırıb və bu məsələdə Afrika İttifaqı ölkələrinin Azərbaycana dəstək verəcəyinə ümidvar olduğunu vurğulayıb. Azərbaycan ilə Afrika İttifaqı ölkələri arasında təhsil sahəsindəki əlaqələrə toxunan Baş nazir Novruz Məmmədov hələ 1960-1980-ci illərdə beş mindən çox afrikalı tələbənin ölkəmizdə təhsil aldığını xatırladaraq qeyd edib ki, hazırda da bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə afrikalı tələbələrə Azərbaycanda müxtəlif təhsil proqramlarında iştirak üçün şərait yaradılır. Afrika İttifaqı Komissiyasının enerji və infrastruktur məsələləri üzrə komissarı xanım Amani Abu-Zeyd Azərbaycana səfərindən, keçirdiyi səmərəli görüşlərdən məmnun qaldığını bildirib. Qonaq Azərbaycanın turizm, təhsil, informasiya və kommunikasiya texnologiyaları və digər sahələrdəki təcrübəsindən yararlanmağın faydalı olacağını vurğulayıb. Söhbət zamanı, həmçinin aviasiya, neft-kimya, innovasiyaların ixracı, humanitar və digər sahələrdə əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
19.11.2019
Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Los Ancelesdə Amerika Yəhudi Komitəsinin rəhbərliyi ilə görüşüb
19.11.2019
Deputatlar bu gün nəyi müzakirə edəcək?
19.11.2019
Fransa portalı dünya dini liderlərinin II Bakı Sammitindən yazıb
19.11.2019
Mehriban Əliyeva Avropa və dünyada ciddi mədəni və sosial layihələrə verdiyi dəstəklə diqqəti özünə çəkib
18.11.2019
Müxalifətin “mühacir biznesi” qalmaqalı böyüyür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10945

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek
4 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
5 “Siqaretdən, alkoqollu və enerjili içkilərdən uzaq durun, təbiətdə çox olun, çox gəzin”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info