“Jara” festivalının Təşkilat Komitəsi: “Bizim ölkə dialoq və əməkdaşlığa açıqdır”
Tarix: 26.07.2018 | Saat: 00:14:00 | E-mail | Çapa göndər


"Biz tolerant və qonaqpərvər ölkənin nümayəndələri kimi ona “Jara-2018” beynəlxalq festivalına gəlmək imkanı yaratdıq"

“Jara” festivalının Təşkilat Komitəsi Rusiyanın əməkdar artisti Zaranın tədbirdə iştirakına münasibət bildirib. Təşkilat Komitəsindən APA-ya bildirilib ki, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq Azərbaycan dövlətinin siyasətinin vacib tərkib hissələrindən biridir.
“Bu barədə dəfələrlə ən yüksək səviyyədə bildirilib. Bizim ölkə dialoq və əməkdaşlığa açıqdır, müxtəlif millətləri və mədəniyyətləri təmsil edən insanları birləşdirən meydançadır. Məlumdur ki, incəsənətlə idman siyasətdən kənar sahələrdir, onlar insanları yaxınlaşdırır, konsolidasiya edir. Bu münasibətlə ölkəmizdə “Avroviziya” mahnı müsabiqəsi, ilk Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və digər tədbirlərin keçirildiyini xatırlatmaq kifayətdir. “Jara” festivalı bu sırada öz layiqli yerini tutub və artıq üçüncü dəfədir paytaxtımızda müxtəlif millətlərin nümayəndələri olan Rusiya şou-biznesinin ulduzlarını toplayır. Milliyyətcə kürd olan müğənni Zara özü ölkəmizə gəlmək istədiyini dilə gətirib. O bizim qədim mədəniyyətimiz, zəngin tarix və adət-ənənələrimizlə tanış olmaq istəyir. Biz də tolerant və qonaqpərvər ölkənin nümayəndələri kimi ona “Jara-2018” beynəlxalq festivalına gəlmək imkanı yaratdıq” - deyə festivalın Təşkilat Komitəsinin bəyanatında vurğulanıb.




 
Bölməyə aid digər xəbərlər
13.12.2019
Gənc Tamaşaçılar Teatrında “Oqtay Eloğlu”nun premyerası olacaq
12.12.2019
Nəsimi və Quran
11.12.2019
Muğam Mərkəzində görkəmli xanəndə Hacıbaba Hüseynovun xatirəsi anılıb
11.12.2019
Akademik Musiqili Teatrda “Toya bir gün qalmış“ 40-cı dəfə...
10.12.2019
Özbəkistanda “Mən mülki-cahan, cahan mənəm mən!” adlı konsert keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11403

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
3 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
4 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”
5 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info