Ərdoğan Putinlə görüşəcək
Tarix: 26.07.2018 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


“Suriyadakı proseslər istənilən istiqamətdə inkişaf etmir. Bunları yenidən ətraflı müzakirə edəcəyik”

ABŞ Konqresi Ankaranın Rusiya istehsalı olan “S-400” zenit-raket kompleksləri əldə etmək qərarına görə “F-35” beşinci nəsil qırıcı təyyarələrinin Türkiyəyə tədarükünü dondurub. “The Washington Times” nəşrinin xəbərinə görə, müvafiq düzəliş ABŞ-ın 2019-cu il üçün müdafiə büdcəsinin sonuncu variantına edilib. Dəyişiklik Konqresin hər iki palatasında təsdiqlənib. Pentaqon tədarükün ləğvinin mümkün fəsadlarını təhlil etdikdən sonra “F-35”-lərə dair yekun qərar veriləcək. Xatırladaq ki, iki gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyıb Ərdoğan, partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup iclasında etdiyi çıxışında ABŞ-ın, F-35 təyyarələrinin Türkiyəyə təhvil verilməsini dayandıran qanun layihəsinə də toxunmuşdu: “F-35 təyyarələrinin Türkiyəyə təhvil veriləcəyinə dair problem ilə qarşılaşmayacağıq. ABŞ prezidenti cənab Tramp ilə Belçikanın paytaxtı Brüsseldə baş tutan NATO sammiti çərçivəsində keçirdiyimiz görüşdə, mövzu ilə əlaqəli təqdim etdiyi yazılı bəyanatında heç bir problem olmadığını müşahidə etdik”. Amma, göründüyü kimi, Konqres Türkiyənin əleyhinə olan qərar qəbul edib. Trampın bundan sonra məsələyə necə münasibət göstərəcəyi maraqla gözlənilir. BRİKS ölkələrinin sammitində iştirak etmək üçün CAR-a səfərə gedən Ərdoğan hava limanında jurnalistlərə açıqlamalar verib. Ərdoğan jurnalistlərin ABŞ-ın İrana qarşı sanksiyalara Türkiyənin də qoşulmasını istəməsi ilə bağlı sualına cavabında deyib: “ABŞ, necə ki, bizim strateji model ortağımızdırsa, dünyada digər ortaqlarımız da var. Onlarla əlaqələri kəsmək bizim ölkələr arasındakı müstəqillik anlayışımıza tərs düşər. Biz həmin ölkələrdən elə məhsullar alırıq ki... Onları almasaq, ölkəmizi kim isidəcək? Biz bunu hörmətli Obamanın dövründə də Amerikaya dedik, indi də eynisini deyirik”. Ərdoğan ABŞ prezidenti Donald Trampın mövqeyini təqdir edib: "Hörmətli prezident bu məsələlərdə yaxşı duruş sərgiləyib. Bunun davam edəcəyini zənn edirəm. Ümid edirəm ki, yanlış addımlar atılmayacaq". Qeyd edək ki, ABŞ noyabrın 4-dən etibarən İranın neft sektoruna qarşı sanksiyalar tətbiq etməyə başlayacaq. Həmin tarixdən sonra İrandan neft tədarükü sanksiyaların pozulması hesab olunacaq. Türkiyə İrandan neft idxal edən ölkələrdən biridir. Türkiyə prezidenti, hələ ki, Suriyadakı proseslərin istənilən istiqamətdə inkişaf etmədiyini söyləyib. Cənubi Afrikaya səfərindən əvvəl açıqlama verən prezident Ərdoğan orada Rusiya dövlət başçısı Vladimir Putinlə keçirəcəyi görüşdə Suriya böhranının da müzakirə ediləcəyini bildirib: “Suriyadakı proseslər - istər Tel Rıfat olsun, istərsə də Mümbiç, istənilən istiqamətdə inkişaf etmir. Hadisələr yalnız Afrin, Cerablus, Əl Babda istənilən məcrada inkişaf edir. Bunları yenidən ətraflı müzakirə edəcəyik”. Yeri gəlmişkən qeyd edək ki, Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları ölkənin Hakkari vilayətinin Yüksekova rayonunda dörd PKK terrorçusunu məhv edib. Zərərsizləşdirilən terrorçular Türkiyə ərazisinə İraqın şimalından keçiblər. TRT xəbər verir ki, Türkiyə PKK terror təşkilatına qarşı son vaxtlarda həyata keçirdiyi əməliyyatlarda ələ keçirdiyi silahlar arasında Kanada istehsalı avtomat silahlar olduğuna görə, bu ölkəyə xəbərdarlıq etdi. Kanadanın milli media qruplarından “Postmedia”ya aid “National Post”, “Montreal Gazette” və “Ottawa Citizen” qəzetlərində David Puyliesenin qələmə aldığı “Kanada istehsalı olan silahlar terrorçuların əlinə keçdi” başlıqlı xəbərdə PKK-lı terrorçuların əlində Kanada mənşəli “NEA-15” tipli silahlar olduğu bildirilib. Xəbərlərdə qeyd edilib ki, Türkiyə Silahlı Qüvvələri aprel ayında Mardin şəhərində həyata keçirdiyi əməliyyatlardan birində PKK-nın istifadə etdiyi mağarada Kanada istehsalı olan silah ələ keçirilib və silahların çəkilən şəkilləri Kanada rəsmilərinə çatdırılıb. Ələ keçirilən silahları Ontario əyalətindəki “North Eastern Arms-NEA” adlı şirkət istehsal edir və şirkətin səlahiyyətlisi silah satışının Kanada federal hökumətinin icazəsilə reallaşdığını ifadə edib. Xarici İşlər Nazirliyi adından müşavir Con Babkok açıqlama verərək, nazirliyin mövzu ilə əlaqəli tədqiqata başladığını, 2016-cı ildə İraqa satılan silahlarla əlaqəli bu ölkə rəsmilərilə əlaqə saxlayaraq narahatlıqlarını dilə gətirdiklərini və ixrac edilən silahların son istifadəsi barədə əlavə zəmanət alındığını bildirib.

Anar




 
Bölməyə aid digər xəbərlər
22.11.2019
ABŞ HHQ-nin iki pilotu qəza nəticəsində ölüb
22.11.2019
Dünyada azadlıqdan məhrum edilən uşaqların sayı açıqlanıb
22.11.2019
İranın bəzi bölgələrində intirnetin bərpa olunduğu bildirilir
22.11.2019
Suriyanın Hələb şəhəri atəşə tutulub: 5 nəfər ölüb
21.11.2019
Angela Merkel Türkiyəyə əlavə maliyyə yardıma hazır olduğunu bildirdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub
5 Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info