“Kukesi“-“Qarabağ“ oyununda qalib müəyyənləşməyib
Tarix: 26.07.2018 | Saat: 05:45:00 | E-mail | Çapa göndər


“Qarabağ” bu gün Çempionlar Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi “Kukesi” ilə qarşılaşıb.
Qurban Qurbanovun yetirmələri ilk sınağına Albaniyada çıxıb. Görüş 0:0 hesablı bərabərliklə başa çatıb. Bir həftə sonra baş tutacaq cavab oyunu öncəsi səfərdən sərfəli nəticə ilə dönən ağdamlılar turu keçmək üçün doğma meydanda qələbə qazanmalıdır.
İlk raundda Sloveniya “Olimpiya”sını qol buraxmadan (1:0, 0:0) keçən “Qarabağ” yenilənmiş heyəti ilə son illərin uğurlarını təkrarlamaq iddiasındadı. Ardıcıl 4 dəfə avrokubokların qrupuna düşən çempionumuz 3 dəfə Avropa Liqası, ötən il Çempionlar Liqasına əsas raunda yüksəlib.

Çempionlar Liqası

II təsnifat mərhələsi
İlk oyun
25 iyul
“Kukesi” (Albaniya) – “Qarabağ” (Azərbaycan) - 0:0

Şkoder. Loro Boriçi stadionu

=========



UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunları başa çatıb:
ikinci oyun günündə 5 qarşılaşma keçirilib və aşağıdakı nəticələr qeydə alınıb:
"Kukesi" (Albaniya) - "Qarabağ" (Azərbaycan) - 0:0;
BATE (Borisov, Belarus) - HİK (Helsinki, Finlandiya) - 0:0;
"Ludoqorets" (Bolqarıstan) - "Videoton" (Macarıstan) - 0:0;
"Ayaks" (Hollandiya) - "Şturm" (Qrats, Avstriya) - 2:0;
"Seltik" (Şotlandiya) - "Rusenborq" (Norveç) - 3:1.




 
Bölməyə aid digər xəbərlər
14.12.2019
“Bu gün komandasını satan sabah torpağını, millətini də satar“
14.12.2019
Neymar “Barselona“nı yenidən məhkəməyə verdi
14.12.2019
Azərbaycan MMA-sı üçün tarixi döyüş
13.12.2019
Rüstəm Orucov Çində bürünc medal qazanıb
13.12.2019
“Liverpul“ Kloppla yeni müqavilə imzaladı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11403

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
3 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
4 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar
5 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info