Tanınmış şairin şeirlər kitabı işıq üzü görüb
Tarix: 26.07.2018 | Saat: 15:21:00 | E-mail | Çapa göndər


Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) qardaş Saxa (Yakutiya) Respublikası Yazıçılar Birliyinin sədri, Xalq Şairi Natalya Xarlampyevanın şeirlər kitabını hazırlayaraq nəşr edib.
DGTYB-dən AZƏRTAC-a bildirilib ki, şeirlər Azərbaycan və Saxa (Yakutiya) türkcələrində yanaşı verilib.
“Mənim rəfiqim aprel” (“ДОҔОРУМ МУУС УСТАР”) adlanan kitab “Elm və təhsil” nəşriyyatında çap edilib. Tərtibçisi və baş redaktoru Əkbər Qoşalı, redaktorları Rusiya Yazıçılar Birliyinin üzvləri Afaq Şıxlı ilə Anatoliy Sleptsov olan kitab, Saxa (Yakutiya) Dövlət Məclisinin üzvü, həmvətənimiz Əliş Məmmədovun dəstəyi ilə çıxıb. Şeirləri rusca və ingiliscədən Oktay Hacımusalı, Afaq Şıxlı, Rəsmiyyə Sabir, İlahə Abdullayeva və Əkbər Qoşalı çevirib.
DGTYB Məsləhət Şurasının üzvü Oktay Hacımusalı kitaba “Natalya Xarlampyeva ilə türk ruhu gəzisi…” adlı maraqlı “Ön söz” yazıb.
Qeyd edək ki, Xalq Şairi Natalya İvanovna - Xarlampyeva 1952-ci il sentyabrın 1-də Yakutiyanın Maqan kəndində anadan olub.
Natalya İvanovnanın ictimai və yaradıcılıq fəaliyyəti respublika xalqlarının sosial, mədəni və ruhi baxımdan inkişafına, mədəniyyətlərin yaxınlaşması və zənginləşməsinə yönəlib. Onun Saxa ədəbiyyatının görkəmli nümayəndələrinin ədəbi irsinin nəşrində, gənc ədəbi qüvvələrin dəstəklənməsində, gənc ədəbi nəslin tərbiyə olunmasında böyük xidmətləri var. O, çağdaş rus şairlərinin, eləcə də Tatarıstan, Başqırdıstan, Çuvaşıstan, Dağıstan, habelə Polşadan olan bir neçə şairin əsərlərini Saxa türkcəsinə çevirib.
A.Axmatova, L.Qumilyov, V.Şalamov, İ.Brodski, E.Yevtuşenko və A.Voznesenskinin rus-yakut ədəbi ilişkilərinə həsr etdikləri oçerk və esselər də məhz Natalya İvanovnanın sayəsində oxuculara təqdim edilib. Onun “Sevgi etirafı” adlı kitabı Anton Delviq adına Ümumrusiya Ədəbiyyat medalına layiq görülüb. O, 20 şeir və publisistik kitabın müəllifidir. Onun şeirləri rus, ingilis, polyak, Vyetnam dillərinə, eləcə də Türkiyə, qazax, tatar türkcələrinə çevrilib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
27.11.2020
“Anamın kitabı” pyesi əsasında çəkilən film tamaşaçıların görüşünə gələcək
24.11.2020
Strakonikeia Antik şəhərində mifoloji maskalar aşkar edilib
24.11.2020
Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
22.11.2020
Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
20.11.2020
“İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12006

1 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
2 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
3 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
4 “Ezo gəlin” şorbası necə bişirilir?
5 Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info