Sumqayıtda ilk “Şəbəkə“ xidmət mərkəzi istifadəyə verildi
Tarix: 26.07.2018 | Saat: 17:25:00 | E-mail | Çapa göndər


Sumqayıt şəhərində bir mərkəzdən telekommunikasiya və poçt xidmətləri göstərən ilk "Şəbəkə" mərkəzi vətəndaşların ixtiyarına verilib. Artıq Sumqayıt şəhər sakinləri Heydər Əliyev prospektində yerləşən “Şəbəkə”nin xidmətlərindən istifadə edə bilərlər. Vətəndaşlara fasiləsiz olaraq həftə içi hər gün, eyni zamanda şənbə və bazar günləri xidmət göstəriləcək. Bununla da respublika üzrə fəaliyyət göstərən “Şəbəkə” xidmət mərkəzlərinin sayı 8-ə çatıb. Bu mərkəzlərdən 5-i paytaxt Bakıda, 2-si Cəlilabad və Zaqatala şəhərlərində yerləşir. Növbəti mərhələdə "Şəbəkə" mərkəzlərinin Bakının bütün rayonlarında və ölkənin digər ərazilərində də yaradılması istiqamətində işlər davam etdirilir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə yaradılan "Şəbəkə" xidmət mərkəzlərində nazirliyin qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlər vahid məkanda cəmləşib. Bu mərkəzlərdə əhaliyə ənənəvi telekommunikasiya və poçt xidmətlərindən başqa bank-maliyyə, eləcə də aviabilet satışı və turizm xidmətləri də göstərilir. Eyni zamanda, “Şəbəkə” mərkəzlərində lokal və beynəlxalq ödəniş kartlarının, icbari sığorta, elektron imza, poçt markası, zərf və açıqcaların satışı, pulköçürmələri, büdcə, kommunal, Dövlət İpoteka Fondu üzrə ödənişlər, mobil cihazların qeydiyyatı həyata keçirilir. Mərkəzlərdə müştərilər həm də xüsusi özünəxidmət terminallarından istifadə edə bilirlər. “SmartPay” ödəniş sistemi vasitəsi ilə kommunal, mobil, rabitə və bir çox digər xidmətlər üzrə ödəniş etmək mümkündür. "Şəbəkə" mərkəzlərinin yaradılmasında əsas məqsəd xidmət keyfiyyətinin yüksəldilməsi, şəffaflığın və vətəndaşların rahatlığının təmin edilməsidir.
Anar




 
Bölməyə aid digər xəbərlər
06.12.2019
Bərdədə antisanitar şəraitdə məhsul istehsal edən pendir sexinin fəaliyyəti məhdudlaşdırılıb
05.12.2019
Dünya Bankının “Azərbaycanda Məşğulluğa Dəstək” Layihəsi üzrə görüləcək işlər müzakirə olunub
05.12.2019
Əlilliyi olan şəxslərə əlil arabaları verilib
05.12.2019
Əmlak sığortasının faydaları...
05.12.2019
Bu avtobusların hərəkət sxemi dəyişdirildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
3 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info