Koçaryana qarşı Ermənistanda konstitusion quruluşun devirməsi ittihamı
Tarix: 27.07.2018 | Saat: 02:59:00 | E-mail | Çapa göndər


Ermənistanda 2008-ci il martın 1-də 10 nəfərin ölümü ilə nəticələnən etiraz aksiyaların dağıdılmasına dair cinayət işi çərçivəsində sabiq prezident (1998-2008) Robert Koçaryana qarşı konstitusion quruluşun devirməsi ittihamı irəli sürülüb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Xüsusi İstintaq Xidmətinin məlumatında bildirilir.
Qeyd edək ki, bir neçə saat əvvəl Robert Koçaryan şahid qismində dindirilmişdir.
Onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə əlaqədar artıq məhkəməyə vəsatət təqdim edilib.
Xatırladaq ki, bundan əvvəl Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyan qeyd olunan cinayət işi çərçivəsində konstitusion quruluşun devirməsi ittihamı ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək barəsində axtarış elan edilib.
Bu gün həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturov da Ermənistan Xüsusi İstintaq Xidməti tərəfindən dindirilib.




 
Bölməyə aid digər xəbərlər
10.12.2019
Araratyana görə, Paşinyan artıq meymunluq etməyə başlayıb...
10.12.2019
“Norman Dördlüyü”nün Ukrayna ilə bağlı müzakirələri başa çatıb
09.12.2019
“Ermənistanda 700-ə yaxın malın qiyməti artacaq”
08.12.2019
Spitakda əhalinin 20 faizi hələ də evsizdir
07.12.2019
Rusiya Səhiyyə Nazirliyi ölkədə snus epidemiyası elan etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
3 “Başqa ölkələrdə “erkən seçki” olanda, müxalifət sevinir...”
4 Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib
5 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info