Damcılı mağarasında arxeoloji tədqiqatlar davam etdirilir
Tarix: 27.07.2018 | Saat: 15:22:00 | E-mail | Çapa göndər


“Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində Qazax rayonunun Daşsalahlı kəndi yaxınlığında yerləşən Damcılı mağara düşərgəsində Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyası tədqiqatları davam etdirir. Tədqiqatlara Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları - tarix üzrə fəlsəfə doktorları Azad Zeynalov (ekspedisiyanın Azərbaycan tərəfindən həmrəhbəri) və Mənsur Mənsurov, həmçinin institutun elmi işçiləri Yaqub Məmmədov və Ülviyyə Heydərova cəlb ediliblər.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, Yaponiya tərəfini Tokio Universitetinin professoru Yoşihiro Nişiakinın (ekspedisiyanın Yaponiya tərəfindən həmrəhbəri) başçılığı ilə Qədim Şərq Muzeyinin, Yapon Elmin İnkişafı Cəmiyyətinin, Vaseda Universitetinin, Kanazava Universitetinin və digər elmi mərkəzlərin arxeologiya, paleobotanika, paleobiologiya, topoqrafika və başqa sahələr üzrə mütəxəssisləri təmsil edirlər. Aparılan tədqiqatlar nəticəsində ərazidə orta əsrlər, tunc, xalkolit, neolit, mezolit və orta paleolit təbəqələri aşkar olunub.
Azərbaycan ərazisində Qobustandan sonra ilk dəfə Damcılı düşərgəsində toxunulmamış mezolit təbəqəsi qeydə alınıb. Bu tədqiqatın əsas məqsədi regionda neolit dövrü mədəniyyətinin mənşəyi məsələsinin aydınlaşdırılmasıdır. Damcılı düşərgəsində toxunulmamış mezolit mədəni təbəqəsinin aşkarlanması Azərbaycan ərazisində neolit mədəniyyətinin (əsasən Şomutəpə mədəniyyətinin) kənar mədəni təsirlərin və regiona Ön Asiyadan miqrasiyanın dinamikasında məhz yerli mezolit mədəniyyəti əsasında inkişaf etməsi barədə fikir yürütməyə əsas verir. Gələcəkdə aparılacaq tədqiqatlar və aşkar olunacaq yeni sahələr nəticələri gücləndirməyə imkan verəcək.
Qeyd edək ki, Azərbaycanda ilk qədim daş dövrünə aid abidə – Damcılı mağarası 65 il əvvəl aşkarlanıb. 1956-1957-ci illərdə burada aparılan tədqiqatlar zamanı orta paleolit (mustye mədəniyyəti), üst paleolit, mezolit, neolit və orta əsrlərə aid zəngin materiallar aşkar olunub.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.11.2019
Milli Kitabxanada Dirçəliş Günü ilə əlaqədar kitab sərgisi açılıb
17.11.2019
Azərbaycan ilə Rusiya arasında mədəniyyət sahəsində əlaqələr müzakirə olunub
17.11.2019
Helsinkidə Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə tədbir keçirilib
16.11.2019
Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
16.11.2019
BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlıq müzakirə olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info