Ordubadda yeni tamaşa: “Yeyərsən qaz ətini, görərsən ləzzətini”
Tarix: 27.07.2018 | Saat: 15:27:00 | E-mail | Çapa göndər


Ordubad Rayon Mədəniyyət Evində Kazım Ziya adına Rayon Xalq Teatrının görkəmli yazıçı və dramaturq Əbdürrəhim bəy Haqverdiyevin “Yeyərsən qaz ətini, görərsən ləzzətini” komediyası əsasında hazırladığı tamaşanın premyerası olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tamaşanın rejissoru Naxçıvan Muxtar Respublikasının Əməkdar Mədəniyyət İşçisi Günəş Ağayeva, musiqi tərtibatçısı Qasım Rəsulov, rəssamı Hikmət Əliyevdir.
Xalq teatrının aktyorları Davud Məmmədov, Nağı Əlisoy, Oruc Əliyev, Naxçıvan Muxtar Respublikasının Əməkdar Mədəniyyət İşçisi Günəş Ağayeva, Emin Yusifli, Zəhra Mirzəyeva və Süqarə Mirzəlinin yaratdığı rollar maraqla qarşılanıb.
Görkəmli dramaturqun ilk əsərlərindən olan komediya bir tacirin avamlığının və dözülməz ailə-məişət münasibətlərinin, ailədə fəlakətə səbəb olan qadınların şərəf və hüquqlarını tapdalayan çoxarvadlılıq məsələsinin tənqidinə həsr edilib.
Tamaşadan sonra kollektivlə görüşən Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova və Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov onları yeni tamaşa münasibətilə təbrik edərək yaradıcılıq uğurları arzulayıblar.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.11.2019
Musiqili Teatrın layihəsində bu dəfə Prezident təqaüdçüsü Atilla Məmmədov olacaq
19.11.2019
“CinemaPlus”da fiziki məhdudiyyətli insanlar üçün film izləməyə imkan yaradılıb
19.11.2019
Azərbaycanda Özbəkistan Kino Həftəsi keçirilir
19.11.2019
Sevda Məmmədəliyeva Dövlət Ermitajının direktoru Mixail Piotrovski ilə görüşüb
18.11.2019
“İki xalqın oğlu Maqsud Şeyxzadə” kitabı çapdan çıxıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10945

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek
4 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
5 “Siqaretdən, alkoqollu və enerjili içkilərdən uzaq durun, təbiətdə çox olun, çox gəzin”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info