Güzəştli mənzillərin satışı ilə bağlı yeni elan veriləcək
Tarix: 27.07.2018 | Saat: 16:05:00 | E-mail | Çapa göndər


“Güzəştli mənzil” sistemi vasitəsilə mənzillərin seçimi zamanı bərabər şəraitin yaradılması, şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA), Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi aidiyyəti şirkət və qurumlarla birlikdə yaranmış nasazlıqları aradan qaldıraraq sistemin fəaliyyətinin təkmilləşdirilməsini həyata keçirib.
MİDA-dan verilən məlumata görə, “Güzəştli mənzil” sisteminin dayanıqlı, etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində fəaliyyətini təmin etmək üçün bir sıra işlər görülüb. Bununla yanaşı, MİDA tərəfindən "Ernst & Young" (“EY”) nüfuzlu beynəlxalq audit şirkətini cəlb edilərək “Güzəştli mənzil” sisteminin Amerika Sertifikatlaşdırılmış İctimai Mühasiblər İnstitutunun (AICPA) müəyyən etdiyi təhlükəsizlik, konfidensiallıq, proseslərin bütövlüyü (tam, etibarlı və dəqiq), əlçatanlıq və fərdi məlumatların qorunması (“Trust Services” meyarları) kimi qabaqcıl beynəlxalq standartlara əməl olunması üzrə yoxlamalar keçirilib. Cari ilin 20 iyul tarixində “EY” şirkəti “Güzəştli mənzil” sisteminin qeyd edilən tələblərə cavab verməsi ilə bağlı həyata keçirdiyi qiymətləndirməni başa çatdırıb və əldə olunmuş nəticələrə dair “SOC 2” və “SOC 3” rəylərini təqdim edib. Aparılmış yoxlamalar nəticəsində "Güzəştli mənzil" sisteminin etibarlılığı və Əsasnaməsində qeyd olunan məqsəd və fəaliyyət prinsiplərinə uyğunluğu təsdiqlənib.
SOC (Service Organization Controls) - elektron xidmət göstərən təşkilatlarda daxili nəzarət sistemlərinin effektivliyi haqqında hesabatlar toplusudur. “SOC 2” və “SOC 3”, “WebTrust” və “SysTrust”ın mövcud 5 prinsipinə (təhlükəsizlik, konfidensiallıq, proseslərin bütövlüyü (tam, etibarlı və dəqiq), əlçatanlıq və icazəsiz girişdən müdafiə) əsaslanan ictimai hesabatlardır. Bu rəyləri əldə etmiş təşkilatlar sırasına elektron xidmət göstərən “Google” (https://cloud.google.com/security/compliance/soc-3/) və “Amazon” (https://aws.amazon.com/ru/compliance/soc-faqs/) kimi dünyanın qabaqcıl şirkətləri var.
Qeyd olunmalıdır ki, "Güzəştli mənzil" sistemi “EY” şirkəti tərəfindən kompleks audit yoxlamalarından keçirilərək Azərbaycanda “SOC 2” və “SOC 3” rəylərini almış ilk və yeganə elektron sistemdir. Bu isə öz növbəsində sistem vasitəsilə göstərilən xidmətlərin təşkilinin nəzarətdə olmasını, mənzillərin satışı zamanı “Güzəştli mənzil” sisteminin hər bir istifadəçisinə bərabər seçim şəraitinin yaradılmasını, şəffaflığın və operativliyin təmin edilməsini təsdiqləyir.
“Güzəştli mənzil” sistemi, əsasnaməsinə uyğun olaraq “Elektron hökumət” portalında (www.e-gov.az) yaradılıb və ona inteqrasiya edilib. Azərbaycan Prezidentinin 2018-ci il 14 mart tarixli 1885 nömrəli fərmanına uyğun olaraq Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsi tərəfindən "Elektron hökumət” portalında müvafiq təkmilləşdirmə işləri aparılıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “AzİnTelekom” MMC tərəfindən proseslərin dayanıqlığının artırılması məqsədilə “DATA mərkəz”də əlavə resursların ayrılması operativ şəkildə təmin edilmişdir və nazirliyin tabeliyində Məlumat Hesablama Mərkəzi tərəfindən elektron imzanın "Güzəştli mənzil" sistemində fəaliyyətinin dayanıqlığının artıılması istiqamətində sınaqlar keçirilib. Aparılan işlər artıq başa çatdırılmaq üzrədir. Qısa müddətdə güzəştli mənzillərin yenidən satışı ilə bağlı elan veriləcək.
Fuad




 
Bölməyə aid digər xəbərlər
14.11.2019
İcbari tibbi sığorta ilə bağlı klinik diaqnostik laboratoriyalarda beynəlxalq standartlar tətbiq ediləcək
13.11.2019
Yeni doğulan uşağa görə 500 manat verilsin
13.11.2019
Tələbələr ASCO-nun xarici sularda üzən gəmilərində təcrübə keçiblər
13.11.2019
Yasamal Yaşayış Kompleksində 570 güzəştli mənzildən 284-nün alqı-satqısı başa çatıb
13.11.2019
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Prezidentdən Bayraq Günü paylaşımı - Video
4 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
5 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info