“Təhsil avtobusu-2018” yay məktəbi yekunlaşıb
Tarix: 27.07.2018 | Saat: 16:29:00 | E-mail | Çapa göndər


“Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində həyata keçirilən “Təhsil avtobusu–2018” yay məktəbi başa çatıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, iyulun 17-dən başlanan layihə çərçivəsində Bakı-Quba-Masallı-Şəmkir-Şəki-Qəbələ-Bakı marşrutu üzrə səyahət edilib və yay məktəbində 5 bölgənin 18 kənd, 17 şəhər məktəbindən dərs göstəricisi orta və zəif olan ümumilikdə 140-a yaxın şagird iştirak edib. Bu məktəblər sırasında ucqar kəndlərdə tikilən modul tipli məktəblər də olub.
Yay məktəbi müddətində şagirdlər “Mənim uğurlu karyeram”, “Kommunikasiya”, “Robotlarla iş”, “Sığorta” adlı təlimlərdə iştirak ediblər və “Nə? Harada? Nə zaman?” intellektual oyunu, “Code Tusi” komanda oyununa qatılıblar. Həmçinin hər bir bölgədə şagirdlər üçün “Ekspo 2025 Bakı” layihəsinin təqdimatı keçirilib.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun reallaşdırılan layihə keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasına xidmət edən təhsil proqramıdır.
Qeyd edək ki, 2016 və 2017-ci ildə keçirilən “Təhsil avtobusu” yay məktəbləri çərçivəsində 16 gün ərzində 4 min kilometr yol qət edilib. Yay məktəbinə Bakı və 10 rayonun (Lənkəran, Quba, Gəncə, Şəki, Masallı, Cəlilabad, Sabirabad, Mingəçevir, İsmayıllı, Zaqatala) 12 şəhər və 13 kənd-qəsəbə məktəbi, 22 ali və orta ixtisas təhsili müəssisəsinin 400-dən çox şagird və tələbəsi cəlb olunub. Təlimçi və ekspertlər tərəfindən 150 akademik saatdan çox həcmdə təhsil proqramları və komanda-öyrədici oyunları keçirilib.
Yay məktəbi Təhsil Nazirliyinin təşkilatçılığı, “Engin” LTD MMC, “Kapital Bank”, “Ekspo 2025 Bakı” layihəsinin əsas dəstəyi, “Bakcell”, “GoldenPay”, “Microsoft Azərbaycan” və “PAŞA Sığorta” şirkətlərinin dəstəyi, “1news.az”, “Azərbaycan İntellektual Klublar Assosiasiyası”, “ARB TV”, “ASAN xidmət”, “Bir” Tələbə-Könüllü proqramı, “Code Tusi”, “Edumap” Təhsil portal, “Edutainment.az”, “Engineering For Kids”, “SABAH” qrupları, “Şərq-Qərb” ASC, “Təhsil TV və “Youth Inc.” Sahibkarlıq Proqramının tərəfdaşlığı ilə reallaşdırılır.
Layihənin rəsmi informasiya dəstəkçiləri “1news.az”, “ARB TV” və “Təhsil TV”-dir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.11.2019
Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib
18.11.2019
Əlilliyi olan şəxslərə reabilitasiya vasitələri verilib
18.11.2019
9 rayonda şəhid ailələri və Qarabağ əlillərinə evlər verilib
17.11.2019
“Qala” qoruğunda ağacəkmə aksiyası keçirilib
16.11.2019
Məktəblilər Metronun təlim-tədris mərkəzində olublar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10945

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek
5 “Siqaretdən, alkoqollu və enerjili içkilərdən uzaq durun, təbiətdə çox olun, çox gəzin”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info