“UNEC-i tanı” layihəsinə başlanılıb
Tarix: 27.07.2018 | Saat: 16:35:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) abituriyentlərə daha yaxından tanıtmaq və ixtisas seçimində onlara dəstək olmaq üçün “UNEC-i tanı” layihəsinə start verilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə ixtisas seçimi günlərində regionun ən böyük iqtisadyönümlü və 4 dildə təhsil verən universiteti olan UNEC-in qapıları abituriyentlərə açıq olacaq. Layihə çərçivəsində abituriyentlər burada tədris olunan ixtisaslar, fakültələr, keçid balları, təhsil haqları barədə ətraflı məlumat ala biləcəklər. Eyni zamanda, onlara ixtisas seçimi, seçmək istədikləri ixtisasın üstünlükləri və gələcək karyera imkanları istiqamətində dəstək göstəriləcək.
Abituriyentlər universitetdə yaradılan imkanlar, xüsusi təqaüd, Avropanın nüfuzlu universitetləri ilə ikili diplom və UDİD proqramları barədə məlumatlandırılacaqlar. Onlar, həmçinin təhsil almaq istədikləri ixtisasın tədris olunduğu bina və auditoriyalarla tanış olacaqlar.
Regionlarda yaşayan və universitetə gəlmək imkanı olmayan abituriyentlər isə onları maraqlandıran sualları UNEC-in rəsmi “Facebook” səhifəsinə ünvanlaya bilərlər. Eyni zamanda, onlar müraciətlərini öz “Facebook” səhifələrindən #UNEC-dən soruş “haştagı” ilə paylaşa bilərlər.
Qeyd edək ki, UNEC-ə I, II, IV və V ixtisas qruplarında 20 ixtisas üzrə Azərbaycan, ingilis, türk və rus dilində tələbə qəbulu aparılır.
UNEC-in tanıtım videosunu https://www.youtube.com/watch?v=eqKgPHn2WJc linkində izləmək mümkündür.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
05.12.2019
Dünya Bankının “Azərbaycanda Məşğulluğa Dəstək” Layihəsi üzrə görüləcək işlər müzakirə olunub
05.12.2019
Əlilliyi olan şəxslərə əlil arabaları verilib
05.12.2019
Əmlak sığortasının faydaları...
05.12.2019
Bu avtobusların hərəkət sxemi dəyişdirildi
05.12.2019
Bakıda əhali ticarət şəbəkələrində 16 milyard manatdan çox pul xərcləyib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11399

1 Məhərrəm Əliyevə general-polkovnik ali hərbi rütbəsi verildi
2 Səbinə Əliyeva ombudsman seçildi
3 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info