Mariya Zaxarova: “Jara -2018” mədəni əlaqələrin ən gözəl nümunəsidir”
Tarix: 28.07.2018 | Saat: 00:16:00 | E-mail | Çapa göndər


Azərbaycan və Rusiya xarici siyasətin informasiya təminatı mövzusunda məsləhətləşmələri intensivləşdirmək barədə razılığa gəlib
“Rusiya Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında istənilən müsbət razılaşmanı alqışlayır.” Bunu Bakıda jurnalistlərə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib.
M.Zaxarova qeyd edib: "Bu problemləri ekspertlər müzakirə edirlər. Biz informasiya məsələləri ilə məşğuluq". O bildirib ki, Azərbaycan və Ermənistan arasında görüş müxtəlif səviyyələrdə keçirilir:
"Biz hər iki tərəfin razılığa gəldiyi, konstruktiv keçirilən istənilən görüşü alqışlayırıq və ən əsası, əgər müsbət nəticələr əldə olunursa".
Mariya Zaxarova deyib ki, Azərbaycan və Rusiya xarici siyasətin informasiya təminatı mövzusunda məsləhətləşmələri intensivləşdirmək barədə razılığa gəlib. M.Zaxarova qeyd edib: "Bizim Rusiya və Azərbaycan XİN-lərinin mətbuat xidmətlərinin xətti ilə qarşılıqlı fəaliyyətimizin ənənəvi forması özünü göstərdi. Bu, informasiya problemlərinin mübadiləsidir, jurnalistlərin müdafiəsidir. Bu, hər zaman rusiyalı jurnalistlərin Azərbaycanda və azərbaycanlı jurnalistlərin Rusiyada işinin səmərəli və konstruktiv olması üçün apardığımız işin inventarizasiyası ilə bağlı əla imkandır. Biz daha intensiv şəkildə fikir mübadiləsi aparmaq barədə razılığa gəldik".
Rusiya XİN rəsmisi antiazərbaycan kampaniyaları məsələsinə də toxunub: "Bununla bağlı nəsə etmək lazımdır. Rusiya və Azərbaycanın bu mənfi destruktiv tendensiyaya mane olmaq üçün iştirak etdikləri beynəlxalq təşkilatlar, xüsusi beynəlxalq orqanlar qismində bütün imkanlarımız var".
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə bildirib ki, Azərbaycan və Rusiyanın xarici siyasət idarələri arasında fəaliyyət proqramı var:
"Bu proqrama uyğun olaraq, iki ölkənin XİN-ləri arasında məsləhətləşmələr aparılır. Burada siyasi məsləhətləşmələr və konsul məsələləri üzrə məsləhətləşmələr mexanizmi var. Biz çox şadıq ki, informasiya məsələləri üzrə məsləhətləşmələr məhz Bakıda keçirilir. Bugünkü müzakirələr çox konstruktiv keçdi".
Mariya Zaxarova deyib ki, Bakıda keçirilən "Jara-2018" Beynəlxalq Musiqi Festivalı qarşılıqlı mədəni əlaqələrin ən gözəl nümunəsidir. Rusiya XİN rəsmisi bildirib: "Bu festivalda ilk dəfə tamaşaçı oluram. Dünən festivalın səhnəsində gördüklərim məni heyran etdi - müxtəlif ölkələrdən, müxtəlif mədəniyyətləri təmsil edən 70-dən çox sənətçinin ifası. Bunlar hamısı çox qiymətlidir. Bu, bu gün bizim danışdığımız humanitar əməkdaşlığın, insanlar arasında dialoqun, qarşılıqlı mədəni əlaqələrin ən gözəl nümunəsidir".
Daha sonra M.Zaxarova bildirib: "Bu festivala uzun illər fəaliyyət göstərməsini, uğurlar və yeni zirvələr arzu edirəm".
Fuad




 
Bölməyə aid digər xəbərlər
10.12.2019
“Avropa Şurasından obyektiv və konstruktiv mövqe gözləyirik“
10.12.2019
“Bizim razılığımız olmadan Şərqi Aralıq dənizində addım ata bilməzlər“
09.12.2019
Regionların inkişafı bütövlükdə Azərbaycanın inkişafı deməkdir
09.12.2019
Azərbaycan-Rusiya münasibətləri möhkəm strateji əsasa malikdir
09.12.2019
Rusiya ilə sərhədin demarkasiyası prosesi 2-3 il ərzində başa çata bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
3 “Başqa ölkələrdə “erkən seçki” olanda, müxalifət sevinir...”
4 Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib
5 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info