Dünya ulduzları Bakıda təşkil olunan “Jara” festivalından məmnundurlar
Tarix: 28.07.2018 | Saat: 00:17:00 | E-mail | Çapa göndər



Xəzərin sahilində, Bakının ən gözəl istirahət məkanlarından biri “Sea Breeze Resort”da Beynəlxalq Musiqi Festivalının açılışı olub. Qeyd edək ki, Bakı üçüncü ildir ki, “Jara” Beynəlxalq Musiqi Festivalına ev sahibliyi edir. Festival MDB üzrə ən yaxşı yay festivallarının üçlüyünə daxil edilib, habelə “Jara TV” və “Jara” radiostansiyası yayım məkanında öz auditoriyasını formalaşdırıb. Tamaşaçılar çıxış edən artistləri hərarətli alqışlarla yola salıblar.


İnqrid:
“Bura mənim evim kimidir”
Festivalının iştirakçısı, məşhur fransız müğənni İnqrid AZƏRTAC-a müsahibəsində Azərbaycanla bağlı xoş fikirlərini bildirib. O deyib ki, Bakını çox sevir: “Bura mənim evim kimidir. Gözəl dəniz, əsrarəngiz şəhər, bir sözlə, Bakıda olmağımdan qürur duyuram”.
Festivalın yüksək səviyyədə təşkil olunduğunu bildirən İnqrid bu möhtəşəm musiqi bayramına məxsusi hazırlaşdığını dilə gətirib: “Günlər günəşli keçir, əsl dəniz havasıdır. Zəhmətim hədər getmədi, performansım tamaşaçılara zövq yaşatdı. Səhnədə sürprizlər təqdim etməyə çalışdım. Tamaşaçılar ifamı bəyəndilər və bu məni çox sevindirir”.
Festivalda ən yaxşı mahnıların səsləndirildiyini, bunun hamıda gözəl əhvali-ruhiyyə, müsbət emosiya doğurduğunu vurğulayan İnqrid deyib: “Səhnə olduqca gözəl məkanda yerləşir. Bəzən dəniz ön plana keçir. “Jara” isə isti Bakı havasına əlavə hərarət gətirir”.

Filip Kirkorov:
“Azərbaycana böyük məmnuniyyət hissi ilə yenidən gələcəyəm”
Rusiyanın Xalq artisti Filip Kirkorov deyib ki, onun üçün “Jara” festivalı böyük bayramdır: “Bakı mənim evimdir. Burada dostlarım çoxdur. Azərbaycanı çox sevirəm. Bu ölkə çox gözəldir və insanları qonaqpərvərdirlər. Sizin ölkə öz arxitekturası, koloriti ilə məni heyran edir. Bura böyük məmnuniyyət hissi ilə yenidən gələcəyəm”.
Festivalın yüksək səviyyədə keçdiyini bildirən F.Kirkorov burada tanınmış estrada ulduzlarını, əsrarəngiz şounu, tamaşaçı sevgisini gördüyünü vurğulayıb: “Bir daha təşkilatçılara dərin minnətdarlığımı bildirirəm. Bu, möhtəşəm, fərqli çalarlı musiqi bayramıdır. “Jara” hər kəsə dəniz qədər pozitiv emosiya və unudulmaz xatirələr bəxş etdi. Dostlarımla eyni səhnəni bölüşməyimə şərait yarandığı üçün çox şadam. Məni sevən tamaşaçılarımı yenidən görmək unudulmaz hislərdir. Növbəti “Jara” festivalını səbirsizliklə gözləyəcəyəm”.

Lyubov Uspenskaya:
“Bakı inanılmaz dərəcədə gözəl şəhərdir”
Rusiyanın tanınmış müğənnisi Lyubov Uspenskaya deyib ki, Bakı inanılmaz dərəcədə gözəl şəhərdir: “Burada 25 il əvvəl olmuşdum. O zaman Heydər Əliyev yeni hakimiyyətə gəlmişdi. Onun yorulmaz fəaliyyəti, güclü iradəsi sayəsində qısa bir zamanda dağınıq olan şəhərdə sabitlik, sülh yaradıldı. Ötən müddət ərzində paytaxtınız çox dəyişib. Mən Bakının gözəlliyinə aşiq oldum. Şəhəri tanıya bilmədim”.
Bu illər ərzində Bakının dünyanın ən gözəl paytaxt şəhərlərindən birinə çevrildiyini bildirən L.Uspenskaya qonşu ölkənin belə sürətli inkişafının Avropa və Şərq dəyərlərini özündə birləşdirməsinin onu sevindirdiyini vurğulayıb: “Azərbaycan xalqı qonaqpərvərdir. Festivala üç ay öncədən hazırlaşırdım. Tamaşaçılara sürprizim var. Polad Bülbüloğlu ilə birgə “Çiçək, çiçək” mahnısını ifa edəcəyəm. Bu şəhərdə gəzmək istərdim. Mənim dostlarım da hazırda mənimlədir”.
Bu möhtəşəm musiqi bayramına görə Xalq artisti Emin Ağalarova minnətdarlığını bildirən Lyubov Uspenskaya festivalın yüksək səviyyədə keçəcəyinə əminliyini ifadə edib.

Stiven Siqal:
“Çox sağ ol, Bakı! Mən sizi sevirəm”
Hollivud ulduzu, kinorejissor və prodüsser Stiven Siqal deyib ki, "Jara" musiqi festivalı ən yüksək səviyyədə təşkil olunub: “Bu festival dünyanın ən yaxşı festivalıdır və burada iştirak etmək mənə çox xoşdur. Çox gözəl qarşılandığım üçün hamıya və Eminə təşəkkür edirəm. Çox sağ ol, Bakı! Mən sizi sevirəm”.
Qeyd edək ki, Bakı üçüncü ildir ki, “Jara” Beynəlxalq Musiqi Festivalına ev sahibliyi edir. Festival çərçivəsində Leonid Aqutin və Valeriyanın yubiley gecələri keçirilib. Habelə EMIN, The Jigits, Aleksandr Panayotov, Aleksey Çumakov, Anjelika Varum, Ani Lorak, Anna Sedokova, Anya Şulqina, Valeriya, Vladimir Presnyakov, Qlyuk’oza, Qriqori Leps, Danil Buranov, Jasmin, İrina Dubtsova, Kristina Orbakayte, Natali, Natalya Podolskaya, Nikolay Baskov, Slava, Stas Pyexa, Filip Kirkorov, Yulianna Karaulova, Yuliya Kovalçuk və başqaları tamaşaçılara xoş anlar yaşadıblar.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
25.11.2020
Bölmələrimizin Kəlbəcər rayonuna daxil olmasının növbəti görüntüləri - VİDEO
25.11.2020
Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
25.11.2020
Prezident İlham Əliyev Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
25.11.2020
Prezident İlham Əliyev xalqa müraciət edib-YENİLƏNİB
25.11.2020
Dağ Yəhudiləri beynəlxalq təşkilatları Azərbaycan xalqının ədalətli mövqeyini dəstəkləməyə çağırıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11858

1 Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir
2 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
3 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub
4 “İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
5 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info