DSX-nın sərhəd zastavası kompleksi istifadəyə verilib
Tarix: 28.07.2018 | Saat: 00:24:00 | E-mail | Çapa göndər


Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsində yeni inşa edilmiş “Daşkənd” sərhəd zastavası kompleksi xidməti istifadəyə verilib.
DSX-dan verilən məlumata görə, yeni sərhəd zastavası kompleksinin açılışı münasibəti ilə keçirilən mərasimdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev ulu öndər Heydər Əliyevin milli inkişaf siyasətini qətiyyətlə davam etdirən Prezident, Silahlı Qüvvə­lərin Ali Baş Komandanı İlham Əliyevin ali diqqəti sayəsində Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində şəxsi heyət üçün yüksək xidməti və məişət şəraitinin yaradıldığını qeyd edib. Ardıcıl həyata keçirilən islahatlar sayəsində Azərbaycan Sərhəd Mühafizəsinin mükəmməl inkişaf yolu keçərək qarşıya qoyulan hər bir tapşırığı layiqincə yerinə yetirməyə qadir olan hərbi qurum səviyyəsinə yüksəldiyi xüsusi vurğulanıb. General-polkovnik Elçin Quliyev Azərbaycan sərhədçisinin dövlətçiliyimizin və sərhədlərimizin keşiyində ayıq-sayıq dayandığını, Dövlət Sərhəd Xidmətinin bütün şəxsi heyəti üçün Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etməyin böyük şərəf və yüksək məsuliyyət olduğunu bildirib.
Mərasimdə xidmətdə yüksək nəticələr göstərmiş hərbi qulluqçulara mükafatlar təqdim olunub.
Qeyd edək ki, müasir tələblərə uyğun yeni inşa edilmiş sərhəd zastavasında xidmətin yüksək səviyyədə təşkili və sərhədçilərin istirahəti üçün hər cür şərait yaradılıb. Zabit və gizir ailələri üçün inşa olunmuş mənzillər, müasir tələblərə cavab verən xüsusi təyinatlı otaqlar, yeməkxana, istirahət guşəsi, təlim şəhərciyi, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri, hamam-camaşırxana lazımi avadanlıq və vasitələrlə təmin olunub, yol və səkilər asfaltanıb, ərazidə abadlaşdırma işləri görülüb.
Yerləşdiyi ərazinin xüsusiyyətləri nəzərə alınaraq sərhəd zastavasını fasiləsiz enerji ilə təmin etmək məqsədilə pilot layihə olaraq Azərbaycan istehsalı olan günəş elektrik stansiyası quraşdırılıb. Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən bu pilot layihəsinin uğurla gerçəkləşdirilməsi gələcəkdə mürəkkəb relyef şəraitinə malik olan digər ucqar sərhəd zastavalarının da enerji təminatının bərpa olunan enerji mənbələri hesabına həyata keçirilməsi şəraitini yaradacaq.
Mürəkkəb relyefə malik yüksək dağlıq və meşəlik ərazidə inşa olunmuş yeni sərhəd zastavasında yaradılan şərait sərhədçilərə ilin bütün mövsümlərində, o cümlədən şaxtalı-boranlı qış aylarında xidməti daha yüksək səviyyədə təşkil etməyə geniş imkanlar yaradacaq.




 
Bölməyə aid digər xəbərlər
19.11.2019
Həssas qruplardan olan uşaqlara göstərilən xidmətlərə həsr edilmiş tədbir keçirilib
18.11.2019
Zərdabda gənclər arasında intellektual yarış keçirilib
18.11.2019
Masallıda XXV ənənəvi Respublika turnirinə yekun vuruldu
17.11.2019
Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq
17.11.2019
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10945

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek
4 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
5 “Siqaretdən, alkoqollu və enerjili içkilərdən uzaq durun, təbiətdə çox olun, çox gəzin”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info