Növbədə Serj Sarkisyandır?
Tarix: 28.07.2018 | Saat: 17:42:00 | E-mail | Çapa göndər



“Ermənistan üçün tamamilə yeni bir vəziyyət yaranıb ki, biz buna uyğunlaşmalıyıq. Koçaryanın nümunəsi dövlətin yeni bir sisteminin formalaşması, cəmiyyətin hakimiyyətə dair təhrif edilmiş fikirlərinin dəyişdirməsi üçün çox vacibdir”. Bu fikirlər “1in.am” saytnnda yer alıb.

Belə sonluğu, bəlkə heç özü də gözləmirdi. Sabiq Ermənistan prezidenti Robert Koçaryan özünün təqsirinə inanmağından və ya başqa məqsədlə İrəvana gəlmişdi. Erməni saytlarının yazdığına görə, xalq (daha doğrusu, ümumi əhali) sevinir. Bir neçə gün əvvəl dünyanın ən zəngin ermənilərindən biri kimi tanınan Robert Koçaryan müttəhmlər kürsüsündə əyləşdiriləcək. Artıq ona qarşı əlavə ittihamlar da irəli sürülüb. Əslinə qalanda, qeyri-qanuni yolla zənginləşmə, iqtisadi siyasətin uğursuzluğu, ölkədəki əhalinin qaçması kimi ittihamları Koçaryandan əvvəlki prezidentlərə də şamil etmək olardı. (Deyəsən elə bunları gözə alan Serj Sarkisyan müalicə adı ilə xaricə, deyilənə görə, İtaliyaya qaçıb)
Xatırladaq ki, Ermənistanda bir sıra “yüksək profilli” hadisələr təkcə Koçaryanla başlamayıb. Belə ki, yeni hakimiyyətin ilk "qurbanı" kimi general Manvel Qriqoryanın həbsi barədə danışılanlar Ermənitanda hələ də səngiməyib.
Yeri gəlmişkən, deyilənə görə, erməni parlamentindəki gülləbarandan sonra Koçaryanın hakimiyyətdə qalmasına məhz Manvel Qriqoryan kömək göstəribmiş. Beləliklə, yeni hakimiyyətin göstərişi ilə “yüksək profilli” hadisələr daha sonra Serj Sarkisyanın yaxın ətrafında cövlan etməyə başladı. Hətta Serjin qardaşı Aleksandr Sarkisyanın polis tərəfindən saxlanılması erməni cəmiyyətində böyük eyforiyaya səbəb oldu. Təbii ki, bütün bunlar hamısı birmənalı olaraq, hazırda xərclənib tükənməkdə olan Paşinyanın reytinqinin qaldırılmasına hesablanmışdı.
2008-ci il 1 mart hadisələri ilə bağlı Ermənistanın sabiq müdafiə naziri Mikael Arutyunyan axtarışa verilib, qiyabi də olsa həbsinə qərar verilməsi, təbii ki, növbəti “qurbanın” Koçaryan olacağından xəbər verirdi. Belə də oldu, yəni şahid qismində məhkəməyə çağırılan Koçaryana elə ilk sorğuda ittiham irəli sürüldü. Maraqlıdır ki, bu arada imkan tapıb özəl telekanallardan birinə müsahibə verməyə müvəffəq olan Koçaryan bütün ittihamları absurd kimi dəyərləndirsə də belə, artıq gec idi. Artıq qərar verilmişdi. Görən, yeni hakimiyyətin “yüksək profilli” həbsləri bununla yekunlaşacaqmı? Belə görünür ki, yox. Çünki, Paşinyan özü də bir müddət bundan əvvəl hər hansı istintaqın zəruri hallarda Serj Sarkisyana çatacağını dilə gətirib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
06.12.2019
Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”
06.12.2019
“Paşinyana qarşı narazılıqlar prosesi daha da sürətlənəcək”
06.12.2019
“Bu, hətta “qardaş Rusiya“ya da aiddir“...
05.12.2019
Qazaxıstan Senatı Türkiyə ilə imzalanan əməkdaşlığa dair razılaşmanı təsdiqlədi
05.12.2019
İran Prezidenti ABŞ-la danışıqların şərtini açıqladı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
3 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info