“Jara“ artıq böyük musiqi platformasıına çevrilib
Tarix: 29.07.2018 | Saat: 20:53:00 | E-mail | Çapa göndər



Azərbaycanın Xalq Artisti, "Jara" Beynəlxalq Musiqi Festivalının təşkilatçılarından biri, tanınmış bəstəkar və müğənni Emin Ağalarov AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.

- Bakıda artıq üçüncü dəfədir keçirilən "Jara" Beynəlxalq Musiqi Festivalı əvvəlki illərdən hansı xüsusiyyəti ilə fərqlənir?

- Əvvəla, builki festivalın proqramı daha genişdir. Rusiyanın "Birinci" telekanalında dörd konsert günündən hər biri iki saat olmaqla 10-12 reportaj efirə veriləcək. Bu da son iki ayda "Birinci" telekanalda ümumilikdə 24 saat efir deməkdir. Bu, möhtəşəm bir işdir. Rusiyanın tanınmış simalarını Bakıya toplamaq mənim üçün çox xoşdur. "Jara" layihəsinin uğurlu alınmasına ürəkdən sevinirəm. "Jara" artıq böyük musiqi platformasıına çevrilib.
- Tamaşaçıları növbəti illərdə hansı yeniliklər gözləyir?
- Biz hər dəfə yeniliklər edə bildik və festivala daha böyük uğur gətirdik. Artıq məşhur artistlərin yubiley gecələrini təşkil edirik. Leonid Aqutin, Valeri Meladze, Lybov Uspenskaya, Valeriya və Vladimir Presnyakovun yaradıcılıq gecələrini keçiririk. Növbəti illərdə, əlbəttə, daha geniş ideyalar üzərində düşünəcəyik. Daha maraqlı proqramlar hazırlayacağıq. "Jara" nın möhtəşəmliyi artıq mənim özümü belə təəccübləndirir.
- Festivalın coğrafiyası getdikcə genişlənir. Maraqlıdır, "Jara"ya daha hansı ölkələrdən iştirakçılar cəlb oluna bilər?
- Bəli, biz festivalın coğrafiyasını artıq genişləndirmişik. Festivalın fəxri qonaqları qismində xarici şou-biznesin tanınmış mütəxəssislərini dəvət etmişik. Məşhur italyan tenoru Alessandro Safina, əfsanəvi Stiven Siqal, İnqrid, Rusiya, Ukrayna, Gürcüstan və əlbəttə, Azərbaycan estradasından çoxlu sayda artistlər festivalda iştirak edirlər. Əfsanəsi Maykl Ceksonun oğlu Brendon Hovard səhnədə çıxış edir. Bu, böyük sürprizdir və o, ABŞ-dan gəlib. Arzum budur ki, gələcəkdə festivalda beynəlxalq gün olsun və bu möhtəşəm hadisə nəinki Rusiyanın "Birinci" kanalında, eləcə də xarici telekanallarda nümayiş etdirilsin. Hələlik bizim tərəfdaşımız "Birinci" kanaldır. Bu böyük yolu biz birlikdə gedirik. Biz bütün il boyu hazırlaşmışıq. İdeyalarımız çoxdur, məqsədimiz "Jara"nı daha unikal etməkdir.
- Öz repertuarınızda Azərbaycan bəstəkarlarına müraciət etməyi düşünürsünüzmü?
- Musiqilər hər zaman məni tapır. Müəlliflər mahnılarını mənə göndərirlər. Diqqətimi çəkən mahnını ifa edirəm. "Gəl Bakıya qaçaq" mahnısını həmyerlimiz Bahh Tee yazıb. Mahnı nəzərimi cəlb etdi və mən ifa etdim. Beləliklə, mahnı hit oldu.
- Bu yaxınlarda Azərbaycanın Xalq Artisti adını aldınız. Təəssüratlarınızı bilmək maraqlı olardı.
- Bu ada layiq görülmək mənim üçün gözlənilməz oldu. Bu, artist və təşkilatçı olaraq "Jara" və digər tədbirlər vasitəsilə göstərdiyim xidmətlərə görə mənim sənətimə verilən böyük dəyərdir. Belə böyük bir qiymətə görə mən Azərbaycan Prezidenti İlham Əliyevə və onun ailəsinə minnətdarlığımı bildirirəm.




 
Bölməyə aid digər xəbərlər
14.02.2019
“Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
12.02.2019
Hikmət Hacıyev: Ermənistan rəsmilərinin son dövrlərdəki açıqlamaları danışıqlar prosesinin irəli aparılmasına xidmət etmir
07.02.2019
SOCAR-ın xarici bazarlardakı gəliri ölkə daxilində əldə edilən gəliri üstələyir
04.02.2019
“Modul tipli sutəmizləyici qurğuların quraşdırılması əhalinin sosial rifahının yaxşılaşdırılmasına səbəb olacaq”
01.02.2019
“Dünyanın dörd bir tərəfində Azərbaycan gəncinin uğurunun şahidi ola bilərik”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info