“Bizimlə təhdid dili ilə danışanlara güzəştə getməyəcəyik” 
Tarix: 01.08.2018 | Saat: 18:29:00 | E-mail | Çapa göndər


“Bizə hədə-qorxu gəlmək heç kimə bir şey qazandırmaz. Bizimlə təhdid dili ilə danışanlara güzəştə getməyəcəyik”.
 
NTV-nin verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rahib Branson məsələsi ilə bağlı ABŞ-ın Türkiyəyə sanksiya tətbiq edəcəyi barədə səslənən fikirlərə münasibət bildirərkən deyib.
 
O deyib ki, Türkiyədə dini azlıqlarla bağlı problem yoxdur: “Lakin ABŞ-da evanqelist, sionist anlayışın bu tərzdə danışmasını əsla qəbul etmirik. Azadlığımızı, məhkəmə sistemin müstəqilliyini qoruyaraq yolumuza davam edəcəyik”.
 
ABŞ Dövlət Departamenti isə rahib Branson məsələsi ilə bağlı ABŞ-ın Türkiyəyə sanksiya tətbiq edəcəyi xəbərdarlığının çox ciddi olduğunu açıqlayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Hizer Noyret bildirib ki, rahib ev dustaqlığına buraxılsa da, bu, yetərli deyil.
Qeyd edək ki, rahib Endryu Branson FETÖ və PKK təşkilatlarına casusluqda ittiham olunaraq 2016-cı il dekabrın 9-da həbs olunub. ABŞ prezidenti Donald Tramp və vitse-prezident Mayk Pensin bu məsələni gündəmə gətirməsi və Türkiyəni sanksiyalarla təhdid etməsi ilə iki ölkə arasında münasibətlər gərginləşib. Ötən ay Endryu Bransonun növbəti məhkəməsi keçirilib və o, ev dustaqlığına buraxılıb.




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Jitomir şəhərində Azərbaycan Mədəniyyət Günlərinə start verilib
18.10.2019
“Paşinyan məhkəmələri öz maraqlarına uyğun formalaşdırmağa başlayır”
18.10.2019
Ermənistan büdcəni icra etmək üçün vəsait tapmır
18.10.2019
Katalonyada etirazlar səngimir
17.10.2019
“Xalqın “baş naziri”nin məhdud «kadr bankı»

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info