Azərbaycanlı gənc bürünc medal qazanıb 
Tarix: 06.08.2018 | Saat: 15:30:00 | E-mail | Çapa göndər


29 iyul - 2 avqust tarixlərində Arizona ştatının Finiks şəhərində keçirilmiş aerobika gimnastikası üzrə beynəlxalq turnirdə həmyerlimiz Fərəh Vəliyeva AG1 kateqoriyasında (12-14 yaş) ABŞ çempionu adına layiq görülüb və topladığı balların sayına görə 15 ölkəni təmsil edən 43 iştirakçı arasında bürünc medala sahib olub.
ABŞ-ın Milli Aerobika Çempionatları Assosiasiyası (ANAC) tərəfindən təşkil olunmuş illik yarışda aerobika təmsilçiləri AeroDans kateqoriyasının fərdi, qarışıq cütlük, üçlük və qrup hərəkətlərində çıxış ediblər. 1983-cü ildən fəaliyyət göstərən Milli Aerobika Çempionatları Assosiasiyası dünya üzrə idman aerobikası və aerobik gimnastika növlərini təsis etmiş təşkilatdır. Builki turnirdə ABŞ, Kanada, Yaponiya, Sinqapur, Avstraliya, Yeni Zelandiya, Hindistan, Argentina, Çin, Almaniya, Peru, Kolumbia, Venesuela, Meksika və Uruqvay təmsil olunub.
Qeyd edək ki, 13 yaşlı həmyerlimiz Fərəh Vəliyeva Aerobika gimnastikası üzrə 2016-cı il Bakı çempionatının gümüş medal mükafatçısı, 2016 və 2017-ci illərdə Azərbaycan çempionu olub, 2017-ci ildə isə Plovdiv (Bolqariya), Peç (Macarıstan) və Bakı şəhərlərində keçirilən beynəlxalq yarışların iştirakçısı və mükafatçısı, eyni zamanda, 2018-ci ildə Finiksdə keçirilmiş yarışın nəticələrinə görə ABŞ çempionudur.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
“Barselona“ “Yuventus“un futbolçusunu alır
23.08.2019
Bakıda ilk dəfə akrobatika gimnastikası üzrə dünya çempionatı keçiriləcək
23.08.2019
Ozan Can Kökçü rəsmən “Sabah”da!
23.08.2019
“Real“ yeni transferini icarəyə göndərdi
23.08.2019
Kompani istefaya göndərildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info