Gömrükdə bir sıra yeniliklərin tətbiqinə başlanılıb
Tarix: 06.08.2018 | Saat: 15:49:00 | E-mail | Çapa göndər


Bir nəqliyyat vasitəsinə aid olan prosedur bir inspektor tərəfindən həyata keçirilir və proses ümumilikdə 10-15 dəqiqəyə başa çatdırılır

Kütləvi informasiya vasitələrinin bir qrup nümayəndəsinin Azərbaycan Respublikasının İran İslam Respublikası ilə dövlət sərhədində yerləşən Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postuna səfəri təşkil edilib.
Məqsəd media nümayəndələrinə gömrük prosedurlarının Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS) ilə idarə olunmasını, sərhədkeçmə prosesini, gömrük nəzarəti prosedurlarını əyani şəkildə nümayiş etdirmək, bu proseslərin icrası zamanı şəffaflığın tam təmin edildiyi barədə bilgiləndirmək olub.
Media nümayəndələrinə məlumat verildi ki, gömrük postunda bütün proseslər informasiya-kommunikasiya texnologiyalarının tam tətbiqi ilə minimum vaxt ərzində, asan və şəffaf şəkildə həyata keçirilir. Ölkənin gömrük ərazisinə daxil olan nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı xüsusi müşahidə kameraları ilə VAİS-ə daxil edilir və nəqliyyat vasitəsinin çəkisi müəyyən edildikdən sonra "bir pəncərə" sistemi vasitəsilə qeydiyyat işləri qısa zamanda başa çatdırılır. Fiziki baxış keçirildikdən sonra isə mexaniki-elektron kilidlə (GPS) təmin edilən nəqliyyat vasitəsi təyinat gömrük orqanına yola salınır və bu proses avtomobil və yükə dair sənədlər qaydasında olduğu halda qısa vaxt ərzində yekunlaşdırılır.
Daha sonra media nümayəndələri idxal sərnişin xəttindəki proseslərlə tanış oldular və burada həyata keçirilən gömrük prosesləri barədə məlumatlandırıldılar.
"Qoşa Təpə"gömrük postunda bəzi hallarda müşahidə olunan sıxlıqların səbəbləri də jurnalistlərə izah olundu. Bildirildi ki, belə halların yaranmasına səbəb bəzi günlərdə hər iki istiqamətdə sərnişin axınının normadan artıq olması və fiziki şəxslər tərəfindən Nazirlər Kabinetinin 305 saylı qərarının tələbləri pozularaq qanunvericilikdə nəzərdə tutulandan çox ərzaq məhsullarının və digər malların gömrük sərhədindən keçirilməsinə cəhdlərin edilməsidir.
Eyni zamanda, "Qoşa Təpə" gömrük postunda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yük nəqliyyat vasitələrinin sərhədkeçmə prosesini daha da sürətləndirmək məqsədilə yeni pilot layihənin tətbiqinə başladığı diqqətə çatdırıldı.
"Bir inspektor - bir nəqliyyat vasitəsi" prinsipinə əsaslanan layihə "bir pəncərə" sistemi çərçivəsində reallaşdırılır. Layihəyə əsasən, bir nəqliyyat vasitəsinə aid olan prosedur bir inspektor tərəfindən həyata keçirilir və proses ümumilikdə 10-15 dəqiqəyə başa çatdırılır. Əvvəl isə 1 nəqliyyat vasitəsinin qeydiyyat proseduruna 4 və daha çox gömrük əməkdaşı cəlb olunurdu. Üstəlik, yeni layihə çərçivəsində qeydiyyat prosedurunun başa çatması sürücünün elektron imzası ilə təsdiqlənir.
Yeniliklərdən biri də budur ki, əvvəl gömrük qaydalarını pozan nəqliyyat vasitələri üzrə tətbiq edilən cərimələri yalnız banklar vasitəsilə ödəmək mümkün idisə, hazırda "ASAN Pay" və digər elektron ödəmə sistemləri vasitəsilə də ödənişləri həyata keçirmək olur.
Dövlət Gömrük Komitəsində Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəsinin rəisi Azər Abbasov jurnalistlərə evrdiyi açıqlamada deyib ki, cari ilin iyul ayı ərzində Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postundan 14388 nəqliyyat vasitəsi qeydiyyatdan keçib. O bildirib ki, göstəricilər ümumi olaraq idxal və ixrac məntəqələrindəki qeydiyyatlara aiddir: "Ötən ay sınıq körpüdə ay ərzində 59 minə yaxın nəqliyyat vasitəsi qeydiyyatdan keçmişdisə, bu ay həmin göstərici 82054 olaraq qeydə alınıb. "Qoşa Təpə" gömrük postu digər postlardan fərqli olduğu üçün sutka ərzində 643 nəqliyyat vasitəsi qeydiyyatdan keçib. Ümumilikdə isə bütün gömrük postlarında təhlükəsizliyi artırmaq məqsədilə yoxlanışları daha da diqqətli aparmağa çalışırıq".
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info