Vaaqn Xaçatryan: “Heç bir ölkə Ermənistana kredit vermək niyyətində deyil”
Tarix: 06.08.2018 | Saat: 20:27:00 | E-mail | Çapa göndər


“Ermənistan təxminən 800 milyon dollara yaxın kredit ödəməlidir və bu qədər məbləğin əldə edilməsi olduqca çətindir”

«Ermənistanın sabiq hakimiyyəti yeni hökumət üçün 6,5 milyard dollardan çox borc qoyub. Nəzərə alaq ki, bu borcların nə geri qaytarılması, nə də ki, borclara xidmət üçün resurslar hələ mövcud deyil. Məhz buna görə də, Ermənistanın yeni hökuməti əvvəlki hökumətdən qalan börclar üzündən çox çətin vəziyyətdədir».
Bu fikirləri «Sputnik Armeniya» saytına erməni iqtisadçısı Vahagn Xaçatryan bildirib: «Bu gün dövlət borcları məsələsi yeni hökumətin qarşısında duran ən vacib məsələlərdən biridir".
Erməni iqtisadçının xatırlatmalarına görə, 2008-ci ildə ölkənin ümumi borcu 1,5 milyard dollar idi ki, bu da ÜDM-in 12 faizini təşkil edirdi. Lakin əvvəlki hökumət son 10 il ərzində alınan bütün kreditləri lazımsız, ünvanı məlum olmayan istiqamətlərə xərclədi: «Elə bütün bunların nəticəsidir ki, biz bu gün son 10 ildə alınan kreditlərin heç bir effektini hiss etmirik. Unutmayaq ki, həmin ərəfədə Ermənistanda ÜDM 11,66 milyard dollar təşkil edirdisə, bu gün bu göstərici 11,35 milyard dollardır».


“Ermənilərin həyat səviyyəsində heç bir tərəqqinin olmadığını etiraf edən Xaçatryan, bununla yanaşı, ölkədə yoxsulluğun (30 faiz), və işsizliyin (20 faizdən artıq) yüksək səviyyədə qaldığını etiraf edib. Erməni iqtisadçının sözlərinə görə, təkcə son 10 il ərzində Ermənistanı 450 mindən artıq insan tərk edib”

Ermənilərin həyat səviyyəsində heç bir tərəqqinin olmadığını etiraf edən Xaçatryan, bununla yanaşı, ölkədə yoxsulluğun (30 faiz), və işsizliyin (20 faizdən artıq) yüksək səviyyədə qaldığını etiraf edib. Erməni iqtisadçının sözlərinə görə, təkcə son 10 il ərzində Ermənistanı 450 mindən artıq insan tərk edib: «Bununla belə, bu ərəfədəki korrupsiya faktları pulun bir qrup insanın zənginləşməsinə sərf olunduğunu göstərdi. Bütün bunlara rəğmən, Ermənistanın hazırkı hökuməti olduqca çətin vəziyyətdədir. Ona görə də, indi ölkədə bəzi proqramları dayandırmaq lazımdır, çünki köhnə layihələrə yeni kreditlər vermək problemlidir. 2020-ci ildə Ermənistan təxminən 800 milyon dollara yaxın kredit ödəməlidir və növbəti ödəniş ili kimi qarşıda 2025-ci il gəlir. Təbii ki, bu qədər məbləğin əldə edilməsi olduqca çətindir. Ona görə də, hökumət bir sıra mövcud kredit layihələrini dayandırmaq məcburiyyətində qalacaq».


“Hazırda bizim vəziyyətimiz sükansız gəmi gəzintisinə bənzəyir. Bütün bunları bizim üçün sabiq Ermənistan rəhbərləri qoyub gediblər. Rəhbərlik həmişə milli borclara nəzarət olunduğu barədə xalqa yalanlar satıb. Məhz elə bunun nəticəsidir ki, son 40 ildə ölkədə pensiya ödənişlərində heç bir tərəqqi yoxdur”


Maraqlıdır ki, erməni iqtisadçı hazırda ölkəsi üçün heç bir yeni kredit qaynaqlarının mövcudluğunu görmür. Onun sözlərinə görə, artıq heç bir ölkə Ermənistana kredit vermək niyyətində deyil. Onların əksəriyyəti bunu açıq şəkildə Ermənistana bildiriblər. Bu gün beynəlxalq reytinq agentlikləri Ermənistanın borcların qaytarılması baxımından böyük bir problemlə üzləşdiyini görürlər. Bu amil, həmçinin agentliklərin qiymətləndirmələrinə əsaslanan investorlara da təsir göstərir. Xaçatryan borcların qaytarılması üçün yeni vasitələri tapmaq yolunu ölkəni iqtisadi cəhətdən inkişaf etdirməkdə görür: «Vəziyyətin dəyişməsi və mənimsənilən pulların qaytarılması səbəbindən mümkün olan kəskin iqisadi artım lazımdır. Başqa bir yol yoxdur. Ona görə də, atılacaq hər bir addım hesablanmalıdır. Eyni zamanda borcların ödənilməsinə yönəldiləcək ehtiyat fondu yaradılmalıdır. Yəni iqtisadi zərbələrə kömək edəcək "yastıqlar" yaratmaq lazımdır»
Erməni iqtisadçıya görə, Ermənistanın antirusiya sanksiyaları, ABŞ və Çin arasında baş verən iqtisadi müharibədən necə təsirlənəcəyi hələ ki, məlum deyil: «Biz bundan heç cür sığortalanmamışıq. Hazırda bizim vəziyyətimiz sükansız gəmi gəzintisinə bənzəyir. Bütün bunları bizim üçün sabiq Ermənistan rəhbərləri qoyub gediblər. Rəhbərlik həmişə milli borclara nəzarət olunduğu barədə xalqa yalanlar satıb. Məhz elə bunun nəticəsidir ki, son 40 ildə ölkədə pensiya ödənişlərində heç bir tərəqqi yoxdur». İqtisadçı yeni hökumətin qarşıdakı illərdə ölkədə iqtisadi artımın 10-15 faizlik tərəqqisinə nail ola biləcəyi təqdirdə, beş il ərzində ölkəni borc yükündən çıxarmağın mümkün ola biləcəyini ehtimal edir: «Əks- təqdirdə biz yenidən borc yolunu tutmaq məcburiyyətində qalacağıq. Lakin, unutmaq lazım deyil ki, bu gün dünya pulları daha da bahalaşmağa doğru gedir,
kreditlər daha yüksək faiz dərəcələrində verilir. Ona görə də, Ermənistan hələ çox problemlərlə üzləşə bilər».
Sonda bir daha xatırladaq ki, Ermənistanın ümumi dövlət borcu 2018-ci ilin iyun ayında 6,7 milyard dollar təşkil edib.
Ağasəf Babayev





 
Bölməyə aid digər xəbərlər
08.10.2018
Ermənistanda maaş və pensiyalarda heç bir artım gözlənilmir
05.10.2018
Cocuq Mərcanlıda istehsal olunacaq suvenirlər ölkəmizlə yanaşı, xaricdə də satışa çıxarılacaq
02.10.2018
“Məqsədimiz Azərbaycanla Pakistan arasında iqtisadi əlaqələri gücləndirməkdir“
30.09.2018
Almaniyada Azərbaycanlıların Koordinasiya Şurası yaradılır
24.09.2018
Aşot Qriqoryan: “Bu gün Ermənistanın yürütdüyü siyasət acınacaqlı vəziyyətdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10254

1 Dənizçilər təqaüddə olan həmkarlarını ziyarət ediblər
2 Vətən uzaqda deyil
3 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
4 “Belarusda yaşayan azərbaycanlı gənclər yetərincə aktivdirlər”
5 “Odessada gənclərimiz çox maraqlı layihələr həyata keçirirlər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info