Ənənəvi Koreya Təsviri Sənəti
Tarix: 07.08.2018 | Saat: 00:53:00 | E-mail | Çapa göndər


"Səhər təravəti ölkəsi"olaraq adlanan Koreya xalqının qədim tarixə və incə estetik zövqlərə malik mədəniyyəti vardır.İncəsənətin digər növlərində olduğu kimi,rəngkarlıq sahəsində də özünəməxsus üslub xüsusiyyətlərinə və zəngin yaradıcı təxəyyülə sahib olmaqla, dünya sənət tarixinə əsrarəngiz nümunələr bəxş etmişlər.
Koreya təsviri sənəti Koreyada və kənar ölkələrdəki koreyalılar tərəfindən təsvir edilən rəsmləri əhatə edir.Koreya xalqının estetik duyğularını və yaradıcı gücünü əks edən bu nümunələr Üç Krallıq dövründən günümüzə qədər olan müddətdə böyük bir tarixi inkişaf yolu keçmişdir.Hələ qədim dövrlərdən başlayaraq dinin təsiri altında olmuş,əvvəlcə ruhlara sitayiş (şamanizm və ya musok),daha sonra isə konfutsiçilik və buddizm dininin təsiri yaradılmış sənət nümunələrində özünü büruzə vermişdir.Rəngkarlığın ilk nümunələri Koqurye sülaləsinə aid olub,məzarlarının divarlarında və tavanlarında əks olunan sənət əsərləridir.Burada sənətin bütün incəlikləri təfsilatı ilə görülməkdədir.Belə ki,nümunələrin bir çoxunun boyanmasında orijinal bir üslub özünü büruzə verir.Bu, möhtəşəm və rəngli divar rəsmləri Koreya xalqının mifologiyasını və gündəlik yaşayış tərzini əks etdirir.Bunlara misal olaraq Suryom,Rungsok,Muyong,Saşin və.s təsvirləri göstərmək olar.
Silla dövrünün təsviri sənəti isə 7-ci əsrdən başlayaraq inkişaf etmişdir.Koquryenin hərəkətli və dinamik təsvirlərinə baxmayaraq,Sillanın daha çox düşüncəyə yönəlmiş və ciddi əsərləri vardır.Koreya təsviri sənətinin "qızıl əsrinin" başlanğıcı deyə biləcəyimiz dövrü Koryö dövrüdür.Bu dövr "buddizmin çiçəklənməsi"dövrü olub,sənətkarların budda məbədlərində təsvir etdiyi rəsmlər daha geniş yayılmışdır.Aparılan arxeoloji tədqiqatlar nəticəsində Koryö sülalələrinin məzarlarının üzərində freska (divar rəsmi) və müxtəlif tipli təsvirlər ortaya çıxmışdır.Həmçinin "Dörd hakim"olan-gavalı,səbləh çiçəyi,payız gülü və bambukun təsviri başlıca təsvir obyektlərindən idi.Çoson sülaləsi dövründə konfutsiçiliyin təsiri altında bir çox növdə fərqli təsvirlər yaradılmışdır.Belə ki,bu dövrün tanınmış rəssamları zəngin ailələrin sifarişləri əsasında təbiət rəsmləri yaratmağa başlamışlar.15-17-ci əsrlərdə görkəmli rəssamlardan An Gön,Kan Xi An,Çon Son,Yun Du So,Li Am fəaliyyət göstərmişlər.Çon Son adlı rəssam doğma təbiəti vəsf edən əsərlərində ilk dəfə olaraq Koreya rəngkarlığına milli kolorit gətirmişdir.
Mənzərə təsvirləri hər dövrdə öz populyarlığını qoruyub saxlamışdır.Gavalı çiçəyi,orxideya, payızgülü (xrizantem) və bambuk ağacının daxil olduğu-sagunja (4 zərif bitki),pələng, əjdaha,at,durna,maral kimi heyvanlar Koreya rəssamlığında təsvir olunan əsas obyektlər olmuşlar.Tut ağacı kağızı və ya ipək parça üzərində qara fırça texnikası ilə təsvir edilən monoxrom tipli rəsmlər ənənəvi Koreya təsviri sənətinin əsasını təşkil edir. Yağlı boya ilə təsvir olunan "Qərb üslublu"rəsmlərdən fərqli olaraq,kağıza və ya ipək parçaya təsvir edilən suluboya(akvarel) rəngləri özünə daha tez hopdurduğu üçün daha çox istifadə olunmuşdur.Təsvirlərdə bir rəng əsas olaraq götürülür və bu, digər rənglərlə harmoniya yaradır.Rəngli xalq sənəti və ya minhva,dini mərasim sənətləri,məzar rəsmləri və ya festival sənətlərində rənglərdən geniş miqyasda istifadə edilmişdir.
18 əsrin sonlarından başlayaraq rəssamlar gündəlik yaşayış tərzini əks edən təsvirlərə üstünlük vermişlər.Demokratik istiqamətin nümayəndələri Kim Xon Do,Kim Dık Sin,Sin Yun Bok,Sim Sa Con,Pön San Bök məişət səhnələri,portret və mənzərələr çəkmişlər.Daha sonrakı proseslərdə xalqdan alınan ilham və görüntülərlə tablolarının zənginləşməsi,əsərlərində adi insanların ümid və düşüncələrinə geniş yer verilməsi,təsviri sənətin ənənəvi məhdudiyyətdən qurtulmasına şərait yaratmışdır.
1910-cu ildə Yaponiyanın işğalı ilə əlaqədar olaraq, yağlı boyakarlıq texnikasına keçilməsi ənənəvi Koreya təsviri sənətinin canlılığını itirməsinə səbəb olmuşdur.Bu dövrdə mütərəqqi rəssamlar Koreya xalqının istiqlaliyyət uğrunda mübarizəsini əks etdirən əsərlər yaradırdılar.1945-ci ildə Yaponiyanın idarəçiliyinin qalxması yenidən ənənəvi Koreya təsviri sənətinin canlanmasına şərait yaratmışdır.Avropa və ABŞ-da təhsil almış bir çox koreyalı rəssamlar bu sənətin öz ölkələrində tanınmasında böyük rol oynamışlar.Hazırkı dövrdə Koreyada həm ənənəvi, həm də modern sənətlər sahəsində çalışan bir çox sənətkarlar dünya sənət tarixində önəmli yer tuturlar.
Sənətşünas
Tahirə Nur





 
Bölməyə aid digər xəbərlər
12.12.2018
Şair Vəli Bozalqanlı irsinin axtarışında...
11.12.2018
“Kitob dunyasi” qəzetində Maqsud Şeyxzadə haqqında məqalə dərc edilib
11.12.2018
İstanbulda “İrəvan - gizlədilmiş həqiqətlər” filminin təqdimatı olub
10.12.2018
“Çarəsiz sərnişinlər” tamaşasının məşqlərinə start verilib
10.12.2018
Tural Turanın şeirlər kitabının imza günü keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək
4 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
5 ВЕЛИКИЕ В ИСТОРИИ. Гейдар Алиев – человек с большим сердцем. Воспоминания бывшего мэра Москвы Юрия Лужкова


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info