II Beynəlxalq Folklor Festivalı təntənəli tədbirlərlə yadda qalıb
Tarix: 20.06.2013 | Saat: 23:24:00 | E-mail | Çapa göndər


Xəbər verildiyi kimi, Masallı rayonunda ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar II Beynəlxalq Folklor Festivalının açılış mərasimi keçirilib. Festivalın açılışı rayon İcra Hakimiyyətinin başçısı, mədəniyyət və turizm nazirinin müavini, xarici ölkə səfirlərinin, eləcə də rayonun hüquq-mühafizə orqanıarı, ziyalıları, ağsaqqalları, idarə, müəssisə və təşkilat rəhbərlərinin ulu öndər Heydər Əliyevin abidəsi önünə təzə tər çiçəklər düzməsi ilə başlanılıb. Festivalın keçirilməsi və yekunları barədə qəzetimizə layihə çərçivəsində Masallı Rayon İcra Hakimiyyətindən məlumat verildi.

Qeyd edildi ki, açılışdan sonra Azərbaycan, Türkiyə, İran, Gürcüstan, Rusiya, Dağıstan, Latviya, Ukrayna və Qazaxıstanın folklor qrupları Masallı Rayon İcra Hakimiyyətinin qarşısındakı meydana toplaşaraq II Beynəlxalq Folklor Festivalına start verdilər. Bütün folklor qrupları öz ölkəsinin folklor nümunələrini nümayiş etdirdikdən sonra rayonun Nizami parkı istiqamətində möhtəşəm yürüşə başladılar: “Tədbir iştirakçıları rayon Gənclər Mərkəzinin qarşısında Azərbaycanın və eləcədə cənub bölgəsinin müxtəlif sənətkarlıq nümunələri, milli mətbəximiz, əl işləri, toxuculuq, rəsm qaleriyaları və yazarlarımızın əsərləri ilə əhatələnmiş sərgi ilə tanış oldular”.
Festivalın konsert proqramı axşam saatlarında Masallı şəhərindəki Heydər Əliyev parkında qonaq ölkələrin və respublikamızın müxtəlif bölgələrinin folklor qruplarının çıxışları ilə davam edib.
Bundan başqa, Masallı şəhərində ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar təşkil edilmiş II Beynəlxalq Folklor Festivalı 14 iyun 2013-cü il tarixdə rayonun Həsənli və Hişkədərə kəndlərində təntənəli şəkildə qeyd edilib: “O cümlədən Heydər Əliyev parkında “Masallı Folkloru”, “Masallı” ensiklopedik toplu və “Masallı Folklor örnəkləri” kitablarının təqdimat mərasiminin keçirilməsi bayram sevincinə öz xoş töhfəsini verdi.
Təqdimat mərasimində Bakıda və Masallıda yaşayan ziyalılar, ədəbiyyatşünaslar, folklorçular, alimlər, şairlər, yazıçılar və jurnalistlər iştirak edirdilər. Mərasimi giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov mədəniyyətimizin dünya mədəniyyətinə inteqrasiyası, xalqlar arasında mədəniyyətlərarası dialoqun yeni müstəvidə tərəqqisinə nail olmağın vacibliyini vurğuladı. Natiq çıxışında kitabı tədbir iştirakçılarına təqdim edərək qeyd etdi ki, bu kitablar Masallının folkloru, tarixi, ədəbiyyatı, adət-ənənələri, yaşam tərzi haqqında sanballı bir salnamədir, ensiklopedik toplumdur”.
Sonra veteran Əliəşrəf Niftiyev, professor Fərahim Sadıqov, professor Füzuli Bayat, professor Musa Quliyev, Ağsaqqallar Şurasının sədri Cavanşir Əsədov və başqaları kitabların mühüm əhəmiyyətindən danışıblar: “Sonda tədbir iştirakçılarına kitablar paylanıldı və tədbir iştirakçıları kitabların ərsəyə gəlməsinə görə müəlliflərə və rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirdilər”.
15 iyun 2013-cü il tarixdə isə 15 İyun Milli Qurtuluş Günü və II Beynəlxalq Folklor Festivalının bağlanış mərasimi ilə əlaqədar olaraq səhər saatlarında rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanları, ziyalıları, ağsaqqalları, idarə, müəssisə və təşkilat rəhbərləri ulu öndər Heydər Əliyevin abidəsi önünə təzə tər çiçəklər düzərək xatirəsini ehtiramla yad ediblər: “Sonra gələn qonaqlar rayonumuzun gəzməli-görməli yerlərini, turizm mərkəzlərini, tarixi ərazilərimizi, muzeylərimizi və istirahət guşələrimizi gəzərək bayram günündən xüsusi zövq alıblar. Gəzintidən sonra rayonun Heydər Əliyev parkında Qurtuluş Günü və II Beynəlxalq Folklor Festivalının bağlanış mərasiminə həsr edilmiş möhtəşəm konsert proqramı və tədbir davam etdi. İlk öncə rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov xarici ölkə səfirlərini və konsullarını ənənəvi xatirə hədiyyələri ilə sevindirdi. Eyni zamanda qonaqlarda rayon rəhbərinə öz simvolik hədiyyələrini təqdim etdilər. Sonra bütün folklor qrupları rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov tərəfindən müxtəlif hədiyyələr ilə mükafatlandırıldılar. Mükafatlandırmadan sonra Qurtuluş günü və II Beynəlxalq Folklor Festivalının bağlanış mərasiminə həsr edilmiş konsert proqramı başlanıldı. Qonaq ölkələrin folklor qrupları və respublikamızın folklor qrupları öz rəngarəng çıxışları ilə tədbirə xüsusi rəng qatdılar. Möhtəşəm konsertin sonunda göz oxşayan atəşfəşanlıq bayrama öz son nöqtəsini qoysa da, gələn qonaqların və bütün tədbir iştirakçlarının eləcə də tamaşaçıların yaddaşlarında silinməz bir xoş xatirə kimi qaldı”.
Qeyd edək ki, Masallı Azərbaycanın folkloru, tarixi və mədəniyyəti ilə zəngin olan unikal rayonlarından biridir. Masallı tarixinin güzgüsü 1952-ci ildən rayonun Hişkədərə kəndində fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeyidir. Muzeyin paleontologiya, etnoqrafiya, numizmatika, arxeologiya şöbələrində 19 mindən çox qiymətli eksponat toplanıb. Rayonun Ərkivan, Hişkədərə, Boradigah, Tatyan, Hacıtəpə, Şəhriyar, Xırmandalı, Mahmudavar, Bambaşı, Çaxırlı, Ərəb, Qızılağac, Qəriblər, Öncəqala,Köhnə Alvadı kəndlərinin yaxınlığında qədim şəhər, qala kurqanı, türbə məqbərə yerləri aşkar edilib. Bu ərazilərdən tunc, dəmir, antik və orta əsrlər dövrünə aid xeyli miqdarda maddi-mədəniyyət nümunələri toplanıb. Bütün bunlar Masallı (Hişkədərə) Tarix-Diyarşünaslıq muzeyində mühafizə olunur. Muzeyin yaradıcısı mərhum Əməkdar müəllim Rəhim Tağıyev olub.
Masallı ərazisi 168 qədim, sirli abidələr, qalalar, saraylar, ziyarətgahlar, hamamlar, bulaqlar məskənidir. Bunlardan 51-i tarix və memarlıq, 70-i arxeloji, qalanları isə XX əsr abidələridir.
Masallı rayonunda aşağıdakı tarixi və memarlıq incəsənət abidələri mövcuddur: XIV əsrə aid Hişkədərə kəndində Nəzirə Xanım türbəsi; III - IX əsrlərə aid Mahmudavar kəndində türk yaşayış yeri arxeoloji abidə; IX - X əsrlərə aid "Ərkivan qalası"; Orta əsrlərə aid Qarğalıq ərazisində Şəhriyar yaşayış yeri; XIX əsrə aid Masallı şəhər Cümə məscidi; XIX əsrə aid Boradigah məscidi; XIX əsrə aid Qızılavar məscidi; XIX əsrə aid Masallı şəhərində hamam; XIX əsrə aid Güllütəpə kəndində Əmir türbəsi; XIX əsrə aid Ərkivan kəndində Mehti bulağı; XIX əsrə aid Sığdaş kəndində Mirsəli ocağı; XVI əsrə aid Mahmudavar kəndində Baba Seyidağa türbəsi; XIX əsrə aid Şıxlar, Qodman, Mahmudavar, Yeddioymaq və Hüseynhacılı kəndlərində dağ-qoç fiquru; Tunc dövrünə aid Hişkədərə kəndində Qaraxantəpə, Qoşatəpə, Allahqulutəpə və Mirzətəpə kurqanları; Tunc və Dəmir dövrlərinə aid Təzə Alvadı kəndində Məmmədtəpə, İstiottəpə, Alıtəpə kurqanları; XXI əsrə dair Ərkivan kəndində Mir Seyid Sadiq Ağa məqbərəsi; Hişkədərə kəndində iyirmi minə yaxın eksponatı olan Tarix-Diyarşünaslıq muzeyi; Orta əsrlərə dair Ninalov kəndində Səhhət qalası; XX əsrə dair Ərkivan kəndində Şahsəfi bulağı; XIX əsrə aid Şərəfə məscidi və hamamı; Tunc dövrünə aid Şərəfə kurqanı.
Təkcə XX əsrdə Masallı Azərbaycana və dünyaya 230-dan çox elmlər doktoru, elmlər namizədi, 6 general, 100-ə yaxın yazıçı və şair, müxtəlif sahələrdə çalışan nüfuzlu şəxslər verib. İqtisadiyyat sahəsindəki uğurlarına görə SSRİ dövründə 50 nəfərdən çox masallılı Sosialist Əməyi Qəhrəmanı fəxri adına və Lenin ordeninə layiq görülüb. Bu şəxsləri aşağıdakı kimi sadalamaq olar: Məmməd Hüseynov - Sosialist Əməyi Qəhrəmanı, Hacağa Bayramov- Sosialist Əməyi Qəhrəmanı, Əli Bəylərbəyov - general, Fətulla bəy Bayraməlibəyov- artilleriya general-mayoru, Teymur bəy Bayraməlibəyov - etnoqraf, alim, Şeyx Fazil Lənkərani (ata, Ərkivan kəndi), Mir Kazım Aslanlı - şair, həkim, bəstəkar, alim, tərcüməçi, Zəbi Quliyev - dövlət xadimi, Gülhüseyn Hüseynoğlu - Azərbaycanın Xalq yazıçısı, Məmməd Kazım- şair, İlham Əsgərov- Azərbaycanın Xalq artisti, Elşən Rüstəmov - Azərbaycanın Əməkdar artisti, teatr və kino aktyoru, Baloğlan Əşrəfov - Azərbaycan müğənnisi, Azərbaycanın Əməkdar artisti, Vaqif Yusifli - Azərbaycan Yazıçılar Birliyinin üzvü, tənqidci, filologiya elmləri doktoru, Cavanşir Yusifli - Azərbaycan Yazıçılar Birliyinin üzvü, tənqidçi, filologiya elmləri doktoru, Nurəddin Ədiloğlu - yazıçı,(Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü), Elçin Cahangirli- rejissor, Elçin Musaoğlu- rejissor, Musa Quluzadə - professor. (T.e.d), Zeydulla Ağayev- professor.(f.e.d.), Fərahim Sadıqov - professor.(p.e.d.) Beynəlxalq Türk Akademiyasının həqiqi üzvü, Ədalət Fərəcov - professor (b.e.d) "XX əsrin görkəmli elm adamı", Süleyman Əlisa - Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, publisist, Elşad Əhədov - Azərbaycanın Milli Qəhrəmanı, Elşad Hüseynov - Azərbaycanın Milli Qəhrəmanı, Qubad Nəsirov - Sosialist Əməyi qəhrəmanı, Səfa Axundov - Azərbaycanın Milli Qəhrəmanı, Səfəralı Məmmədov - Azərbaycanın Milli Qəhrəmanı, Adəm Seyfullayev (Qızılbaşlı) - Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, Rəhim Tağıyev - Masallı rayon Hişkədərə kəndində yerləşən Tarixşünaslıq muzeyinin yaradıcısı, Əlişirin Şükürlü - fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Aliq Nağıoğlu - yazıçı-jurnalist, İbrahim İbrahimov - "ÇAĞIRIŞ" qəzetinin redaktoru və başqaları.
İlkin AĞAYEV





 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olub
02.06.2020
“Qarabağ savaşı yüz minlərlə uşağı insani şərtlərdə böyümək haqqından məhrum etdi”
01.06.2020
“Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı bir istəyə qarşıdır”
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info