Etikasız mühacirlər...
Tarix: 08.08.2018 | Saat: 16:56:00 | E-mail | Çapa göndər


Tural Tağıyev |

Son bir ildə xaricdə yaşayan bir qrup mühaciri heç bir siyasi etikaya sığmayan, savadsız, anormal fəaliyyətlərinə görə, daha çox qınayanlar oldu. Küçələrdə, özlərinə yaraşan bəzi anormal məkanlarda çəkilişlər apararaq, guya siyasi aksiya keçirdiklərini göstərən bu adamlar söyüş və təhqirin ən ağır formalarından istifadə etməkdən doymadılar, canlı yayımla debatlar qurub, ağızlarına nə gəldi danışmağa başladılar. İndi onları izləyən, bu adamların hazırkı fəaliyyətlərinin nədən ibarət olması ilə maraqlananlar çox azdır. Özləri də uğursuzluqlarından, Qərbdəki “ağalarının” diqqətsizliyindən pərişan olaraq, çəkiliblər bir küncə və sanki qurbağa gölünə daş atıblar...
Hərdən aktiv olmağa çalışan bu adamların ianə yalvarışları daha çox gündəmə gəldi ki, bu səbəbdən də yenidən bu “iaşə müxalifətinin” indi nə işlə məşğul olması ilə maraqlandıq. Qısa bir müşahidə əsasında o qənaətə gəldik ki, cəmiyyətin bu qədər qınağına baxmayaraq, onlar öz “yollarından”-tərbiyədən kənar, etikasız, söyüşlə, təhqirlə dolu bir fəaliyyətdən dönməyiblər. Buna misal olaraq, Orduxan Temirxanın son paylaşımlarından birində sosial şəbəkə istifadəçiləri ilə dialoqunu göstərmək olar. Guya, Avropa dəyərlərini də təbliğ etdiklərini dəfələrlə dilə gətirən bu adam özü də anlamır ki, Avropada heç bir siyasət adamı nə opponentini təhqir etmir, nə də hansısa dünyasını dəyişmiş, başqa bir xalqın lideri olan şəxs haqqında təhqiramiz fikir səsləndirmir. Bunu yalnız küçə adamları edə bilərdi ki, Orduxan və onun “silahdaş”ları etdilər. Orduxanın “Facebook”dakı paylaşımında Liviyanın sabiq lideri Qəddafi ilə bağlı şərh yazan bir sosial şəbəkə istifadəçisinə o, “Qəddafi qələt edir, başını da kanalizasiyaya soxur” və digər burada yazmağı məqbul bilmədiyimiz aşağılayıcı, anormal cavab verir...
Ümumiyyətlə, Şərqdə bu gün elə Orduxanların da tərəfini saxladığı “Qərb dəyərlərinin”, Qərbin “demokratiya küləyinin” gətirdiyi böyük faciələr hələ də ağır fəsadlarla davam edir. Bu, məsələ barəsində çox deyilib, çox yazılıb, ona görə də, təkrar etmək istəmirik. Bizi narahat edən odur ki, həyatdan köçmüş bir adam haqqında ağzına gələni yazaraq, təhqirlər yağdıran birinin digər siyasi fikirlərinə necə ciddi yanaşmaq olar axı? Bu cür etkadan kənar ifadələr mühacirlərin iç dünyasını anlamaq üçün yetərlidir. Ümumiyyətlə, bu adamların gecə-gündüz təbliğ etdikləri, ixtiyarlarında olan “Azad söz”, “Made in Azerbaijan” və digər sosial şəbəkə səhifələri də dəfələrlə əxlaqsız karikaturalar, söyüşlə dolu paylaşımlar ediblər. Bu gün də bu cür fəaliyyətin davam etməsi, bir daha onu göstərir ki, bu “iaşə müxalifətinin” nümayəndələri, nəinki siyasət adamları deyillər, istifadə edilərək kənara atılan adi, bədbəxt “fiqurlar”dırlar... Siyasətin nəinki məktəbini, heç bağçasını görməyən belələrinin cəmiyyətimizə “demokratiya dərsi” keçmələri anormallıqdır.




 
Müəllifin son yazıları

29.03.2018 “Söyüş teatrı”nın aktyorları
23.02.2018 “Orduxanlar” Xocalı faciəsi ilə bağlı niyə aksiya keçirmirlər?
06.02.2018 Müxalifətin “Facebook”dakı saxta profilləri...
10.01.2018 İpi xaricilərin əlində olanlar...
27.10.2017 AXCP-çilər niyə alternativ fikirdən qorxurlar?

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9889

1 DSX rəisi at çapan qızla görüşüb
2 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
3 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
4 Türkiyə mediası V Zirvə toplantısından yazır
5 Kürşad Zorlu: ”Xəzərin statusuna dair razılaşma Türkiyə üçün də böyük əhəmiyyət daşıyır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info