Abdullah Elmahruki: “Omana qayıtdıqdan sonra Azərbaycan xalçalarını təbliğ edəcəyik”
Tarix: 08.08.2018 | Saat: 21:03:00 | E-mail | Çapa göndər


Azərbaycanda yaradılan müasir turizm infrastrukturu, ölkəmizin bölgədə sabitlik adasına çevrilməsi buraya gələn turistlərin sayını xeyli artırıb. Azərbaycana gələn turistlərin ziyarət etdiyi ünvanlar sırasında “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin filialları da vardır. Qurumun fəaliyyət göstərən filiallarında sərgi-satış salonları yaradılıb ki, bu da xalça istehsalı emalatxanalarını turistlər üçün daha cəlbedici edir.
Qəbələ ölkəmizin əsas turizm mərkəzlərindən biridir. Hər gün bu rayona yüzlərlə turist gəlir. Həmin insanların turizm marşrutunda “Azərxalça”nın Qəbələ filialı da olur. Təkcə ötən həftə bu filialı onlarla turist ziyarət edib. Turistlərə Azərbaycan xalçaçılığı, Qəbələdəki emalatxanada toxunan xalçalar barədə geniş məlumatlar verilib.
“Azərxalça”nın Qəbələ filialında olan turistlərdən biri də Oman vətəndaşı Abdullah El-Mahrukidir. O, emalatxanada toxunan xalçalarla tanış olduqdan sonra buradan bir xalça alıb. Omanlı qonaq “Azərxalça”nın internet saytına açıqlamasında Azərbaycanın və  xalçalarımızın onu heyran etdiyini bildirib: “Mən öz ailəmlə Azərbaycanı görməyə gəlmişəm. Sizin çox abad şəhərləriniz, müasir turizm infrastrukturunuz vardır. Azərbaycanlılar həm çox qonaqpərvərdirlər, həm də tarixi köklərinə və milli dəyərlərinə bağlıdırlar. Səfər etdiyimiz şəhərlərdə bizə tarixi yerləri, xalqınızın mədəniyyətini nümayiş etdirən obyektləri görməyi məsləhət bilirlər. Bu, onu göstərir ki, Azərbaycan xalqı öz zəngin mədəniyyətini, dəyərlərini təbliğ etməkdə maraqlıdır”.
Abdullah El-Mahruki dünyanın xalça istehsal edən bir neçə ölkəsində olduğunu, ancaq heç yerdə belə xalçalar görmədiyini deyib: “Biz Qubadakı xalça fabriki ilə də tanış olmuşuq. Xalça fabriklərinizdə istehsal olunan məhsullar mənim çox xoşuma gəldi. Toxucular mükəmməl sənət əsərləri yaradırlar. Azərbaycan xalqı bütün bu işləri ilə haqlı olaraq fəxr edir. Sizin xalçalarınızın çox zəngin və mənalı naxışları vardır. Biz anlamasaq da, bilirik ki, o naxışlar nəsə deyir. Ölkəmizə qayıtdıqdan sonra Azərbaycan xalçalarının təbliğatçısına çevriləcəyik. Çünki Azərbaycan xalçaları həm dekorativ cəhətdən gözəldir, həm də keyfiyyətlidir. Burda bizə məlumat verdilər ki, xalçalar təmiz qoyun yunundan hazırlanmış, təbii boyalarla boyanmış iplərlə toxunur. Bu da sağlamlıq deməkdir. Kim istəməz ki, öz evində sağlamlığa mənfi təsir göstərməyən əşyalar olsun. Belə fabriklər yaradan dövlətiniz təkcə iş yerləri açmayıb, eyni zamanda hər bir vətəndaşının sağlamlığının qeydinə qalıb”.
Omanlı qonaq Azərbaycandan zəngin təəssüratlarla ayrıldıqlarını və yenidən ölkəmizə səfər edəcəklərini bildirib.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
Türkiyədə mikroavtobusun aşması nəticəsində 16 nəfər yaralanıb
17.02.2019
Sabah hava necə olacaq?
16.02.2019
Prezident İlham Əliyev Siyavuş Novruzovu “Şöhrət“ ordeni ilə təltif edib
15.02.2019
“Toplan” sahibsiz itlərə qayğı mərkəzinin növbəti hissəsinin təməli qoyulub
15.02.2019
Əli Həsənov: “Düşmənçilik toxumu səpmək istəyən qüvvələr öz çirkin niyyətlərinə çatmayacaqlar”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info