Karen Veranyan: “İrana qarşı yeni sanksiyalar Ermənistan iqtisadiyyatına ağır zərbə vuracaq”
Tarix: 08.08.2018 | Saat: 21:36:00 | E-mail | Çapa göndər


“Ermənistana sərmayə yatırmaq istəyən iş adamları tərəddüd qarşısında qalacaq, onlar öz bizneslərini risk altına qoymaqdan çəkinəcəklər».

Artıq ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların ilk paketi rəsmi olaraq qüvvəyə minib. Qeyd edilməlidir ki, bu sanksiya zamanın ən sərt sanksiyası kimi dəyərləndirilir. Təbii ki, İrana qarşı sanksiyalar bu ölkə ilə ticarət əlaqələrində olan ölkələrə, xüsüsən də Ermənistana təsirsiz ötüşməyəcək. Ermənilərin «news.am» saytına açıqlama verən erməni ekspert Karen Veranyanın sözlərinə görə, gözlənilən vəziyyət potensial investorları artıq qorxuya salıb: «İrana qarşı ABŞ sanksiyalarının yenidən bərpası, əsasən, regionda Tehranla əlaqəli olan ölkələrə mənfi təsir göstərəcək».
Veranyanın fikrincə, bu vəziyyətdə Ermənistan iqtisadi cəhətdən daha çox zərər çəkə bilər. Çünki Vaşinqtonun İrana qarşı tətbiq etdiyi və tətbiq edəcəyi sanksiyalar, ikimərhələli xarakter daşıyır: «Bu, ilk növbədə, mühəndislik və informasiya texnologiyaları sahəsi üzrə işləyən şirkətlər üçün narahatlıq yaradacaq. İkincisi isə əlbəttə ki, daha çox vacib olan qaz və neft bazarına təsir göstərəcək». Erməni ekspertin sözlərinə görə, ABŞ sanksiyalarının ikinci bloku yalnız neft və qaz sahəsinə aid olduğundan Ermənistan üçün elə də böyük önəm kəsb etmir: «Bununla yanaşı, sanksiyaların Ermənistanla İran arasındakı ticarət dövriyyəsinə mənfi təsirindən İrəvanın əziyyət çəkəcəyini istisna etmirəm». Veranyana görə, sanksiyalar təkcə İran şirkətlərinə deyil, həm də İran ərazisində fəaliyyət göstərən bütün qurumlara şamil ediləcək.
Erməni ekspertin təxminlərinə görə, bütün bunlar bu yaxınlarda Sünikdə açılan «Meğri» azad iqtisadi zonasına da təsirsiz ötüşməyəcək. Qeyd edək ki, ötən ilin sonlarında ermənilərin İranla sərhəddə açdıqları «Meğri» azad iqtisadi zonası «iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin aktivləşdirilməsinə, İran paytaxtındakı şirkətlərin buraya cəlb edilməsinə və Tehranla əməkdaşlığın gücləndirilməsinə əlavə bir təkan verəcəyinə» hesablanmışdı. Ermənilərin ehtimallarına görə, İran və Ermənistan şirkətlərinin təmsil olunacağı bu azad iqtisadi zona ölkələr arasında ticarət dövriyyəsinin inkişafının təmin edilməsi baxımından yaxşı bir platforma olcaqdı: «Onun fəaliyyəti Avrasiya İqtisadi Birliyi bazarına və İpək Yolu layihəsinin həyata keçirilməsi çərçivəsində Çinə də böyük fayda verə bilərdi. Lakin məlum sanksiyalar İran şirkətləri ilə birgə iş aparmağa çalışacaq şirkətlərə, o cümlədən «Meğri» azad iqtisadi zonasına da məhdudiyyətlər gətirəcək. Ona görə də, bütün bunlar "Meğri" azad iqtisadi zonasında öz nümayəndəliklərini açmaq istəyən bir çox iş adamlarını tərəddüd qarşısında qoyacaq. Qısası, onlar öz bizneslərini risk altına qoymaqdan çəkinəcəklər».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Erməni deputat: Paşinyan Qarabağla bağlı danışıqları qondarma rejimin deyil, yalnız Ermənistanın mövqeyindən aparacaq
15.01.2019
Ermənistan parlamentindəki deputatarın əksəriyyəti bilik və təcrübəyə malik deyillər
15.01.2019
Ermənistanda “donuz qripi”ndən ölənlərin sayı ikiyə çatıb
15.01.2019
İran Silahlı Qüvvələri Baş Qərargah rəisinin Azərbaycana səfəri gözlənilir
14.01.2019
Kosaçev: “ABŞ situasiyaya iqtisadi sanksiyalar vasitəsilə nəzarət etməyə çalışır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info