ABŞ-ın sanksiyaları “Cənub Qaz Dəhlizi” layihəsinə aid edilməyib
Tarix: 09.08.2018 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


“ABŞ-ın İrana qarşı yeni sanksiyaları “Cənub Qaz Dəhlizi” layihəsinə aid edilməyib”. Bu barədə “S&P Global Platts” agentliyinin ABŞ Prezidenti Donald Trampın müvafiq qərarına istinadən yaydığı məlumatda deyilir. Bildirilir ki, ABŞ-ın İranın enerji istehlakçılarına qarşı yeni sanksiyaları “Cənub Qaz Dəhlizi” layihəsinə aid olmayacaq. “Bu layihənin məqsədi Xəzər dənizində hasil edilən 16 milyard kubmetr təbii qazın Türkiyə və Cənubi Avropa ölkələrinə nəql edilməsidir. BP şirkəti bu sanksiyaların “Cənubi Qaz Dəhlizi”nin təbii qaz mənbəyi olan Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsinə şamil edilməməsini istəyib. Həmçinin İranın “NICO” şirkəti “Şahdəniz” layihəsində 10 faizlik paya sahibdir. D.Trampın bu qərarında “təbii qaz layihəsi istisna olmaqla” bəndində məhz “Cənub Qaz Dəhlizi” nəzərdə tutulur” - deyə məlumatda qeyd edilir. Qeyd edək ki, ABŞ müttəfiq ölkələr və şirkətlərdən bu il noyabrın 4-dək İrandan neft idxalını dayandırmağı istəyib. ABŞ-dan bir heyətin Orta Şərqdə fərqli ölkələrə səfər edərək İran neftinə yönələn sanksiya qərarına dair danışıqlar aparması gözlənilir. Lakin ABŞ İrandan neft idxalına qarşı sanksiyalarda bəzi ölkələrə güzəşt tətbiq etməyi də nəzərdən keçirəcək. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Bu boru kəmərləri zənciri “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan “Cənub Qaz Dəhlizi” vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqli planlaşdırılır. TANAP layihəsi üzrə Faza-0, yəni Türkiyəyə ilk təbii qazın verilməsi üçün işlər yekunlaşıb. İyunun 30-dan “Şahdəniz-2” üzrə Türkiyəyə ilk kommersiya qazının tədarükünə başlanılıb. “Şahdəniz-2” layihəsi üzrə ümumi kapital xərclər hazırda 22,7 milyard dollardır və may ayının sonuna kimi bu layihəyə 17,8 milyard dollar xərclənib. CQBKG layihəsinin dəyəri isə 4,5 milyard dollardır və mayın sonuna həmin layihəyə 4,2 milyard dollar sərf edilib. TANAP layihəsinin dəyəri 8 milyard dollar qiymətləndirilir və mayın sonunadək bu layihəyə 5,5 milyard dollar xərclənib. TAP layihəsi üzrə isə kapital xərcləri 4,5 milyard avrodur və may ayının sonuna bu layihəyə 3 milyard avro sərf olunub. Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsi üzrə maliyyə öhdəliklərinin 80 faizini icra edib. Mayın 29-da Səngəçal terminalında “Cənub Qaz Dəhlizi”nin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı “Cənub Qaz Dəhlizi” sisteminə vurulub.




 
Bölməyə aid digər xəbərlər
14.12.2018
Azərbaycanlı mütəxəssis beynəlxalq müsabiqənin münsiflər heyətində yer alıb
13.12.2018
“DaimOnline” kampaniyası daha iki universitetdə
13.12.2018
Azərbaycanın 6 ölkədə xarici turizm nümayəndəlikləri fəaliyyətə başlayacaq
13.12.2018
Beynəlxalq Əmək Təşkilatı əmək müfəttişliyi sisteminin gücləndirilməsi məqsədilə təlim kursu keçirib
13.12.2018
“Azərsun Holdinq” ümummilli liderin xatirəsini yad edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info