Ukraynalı ekspert: 2019-cu ildə Azərbaycanda iqtisadi artım tempi 3 faizdən çox ola bilər
Tarix: 09.08.2018 | Saat: 19:08:00 | E-mail | Çapa göndər


Azərbaycanın dinamik inkişafını nəzərə alsaq, gələn il ölkədə iqtisadi artım tempi 3 faizdən çox ola bilər.
Bunu Trend-ə ukraynalı iqtisadçı ekspert Aleksandr Oxrimenko deyib.
Ekspertin sözlərinə görə, neft qiymətlərinin artması Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcək, ona görə də “Moody`s” beynəlxalq reytinq agentliyinin 2019-cu ildə Azərbaycanda iqtisadi artım templərinin artması proqnozu ilə razılaşmaq olar:
“Aydındır ki, neft qiymətlərinin düşməsi Azərbaycan iqtisadiyyatına da təsir etmişdi. Amma indi, dünya neft bazarında böhranın keçməsindən sonra ölkədə iqtisadi artım üçün bütün şərtlər var. Neft satışından əldə olunan indiki gəlirlər Azərbaycana dövlət büdcəsindən sosial xərcləri artırmağa, öz vətəndaşlarını əlavə iş yerləri ilə təmin etməyə imkan verəcək. Bugünkü gün Azərbaycan iqtisadiyyatın qeyri-neft sektorunu məqsədyönlü şəkildə inkişaf etdirir, bu isə, mənim fikrimcə ölkə rəhbərliyinin düşünülmüş qərarıdır”.
Ekspert əlavə edib ki, Azərbaycan iqtisadiyyatında müsbət dəyişiklikləri müxtəlif beynəlxalq reytinq agentlikləri və maliyyə təşkilatları da qeyd edir.




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Yay aylarında Ermənistanda təbii qazın qiymətlərinin artması labüddür
18.03.2019
S-400 sistemlərinin alınması ABŞ-Türkiyə münasibətlərində ciddi problemlər yaradır
17.03.2019
Prezidentin əfv Sərəncamı xalqımızın bayram əhval-ruhiyyəsini daha da yüksəldib
17.03.2019
Prezident İlham Əliyevin son Sərəncamı əsl humanizm nümunəsidir
16.03.2019
Azərbaycan xalqlar arasında qarşılıqlı anlaşmanın təmin olunmasına böyük töhfə verir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
4 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info