Bu il Gəncəyə ən çox turist İran və Türkiyədən gəlib
Tarix: 09.08.2018 | Saat: 19:48:00 | E-mail | Çapa göndər


Cari ildə Gəncəyə ən çox turist İran və Türkiyədən gəlib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu ilin birinci yarısında Gəncə Turizm İnformasiya Mərkəzinə 11 min 243 müraciət olub. Mərkəzə müraciət edən turistlərdən 7 min 328-i yerli, 3 min 915-i xarici ölkə vətəndaşıdır. Bu il Gəncəyə ən çox turist İran və Türkiyədən gəlib. Bunun müqabilində Gəncə sakinlərinin də ən çox səfər etdiyi ölkələr Türkiyə və İran olub. Bu sıraya Gürcüstan və Rusiya da daxildir.

Gəncə Turizm İnformasiya Mərkəzindən bildirilib ki, mərkəz ötən aylar ərzində “Gəncə-Göygöl”, “Gəncə-Daşkəsən-Xoşbulaq”, “Gəncə-Qəbələ” və “Gəncə-Şəki” turizm marşrutları üzrə turlar təşkil edib. Bu turlarda 2 min 660 yerli və xarici turist iştirak edib.

Qərb bölgəsinin mərkəz şəhəri hesab edilən Gəncə isə yerli və xarici turistlərin daha çox ziyarət etdiyi şəhər olub. Bu şəhərin tarixi məkanları, abidələri, dini ziyarətgahları, müasir tikililəri, istirahət və əyləncə mərkəzləri, həmçinin zəngin mətbəxi Gəncəni görmək istəyən turistlərin diqqətini cəlb edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə Gəncəyə gələn turist sayında 5-6 faiz artım qeydə alınıb. Mərkəzdən deyilib ki, turist sayındakı artımın nisbətən az olmasının səbəbi bu ildən Göygöl Milli Parkının ərazisində olan istirahət mərkəzləri, otel, kafe və restoranların fəaliyyətinin dayandırılmasıdır. Ərazidəki iaşə obyektlərinin fəaliyyətində ətrafda mövcud ekosistemin pozulmasına və ekologiyanın çirklənməsinə səbəb olan hallar aşkar edildiyindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin göstərişi ilə onların fəaliyyəti dayandırılıb. Bu hal isə daha çox bölgəyə üz tutan turistlərin sayına təsir edib.




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Lənkəranda kimsəsiz uşaqlar üçün Novruz şənliyi təşkil edilib
19.03.2019
Ağcabədidə şəhid ailələrinə bayram sovqatı paylanılıb
19.03.2019
Qaradağ rayonunda Novruz şənliyi təşkil olundu
19.03.2019
Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
19.03.2019
Bu gün ilaxır – Torpaq çərşənbəsidir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10700

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
4 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info