SOCAR Türkiyənin enerji bazarında fəaliyyət göstərən Almaniyanın “EWE” şirkətinin səhmlərini almağa əsas namizəddir
Tarix: 09.08.2018 | Saat: 23:23:00 | E-mail | Çapa göndər



Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin enerji bazarını tərk etməyə hazırlaşan Almaniyanın nəhəng “EWE” şirkətinin səhmlərini almaq istəyən əsas namizədlərdən biridir.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin “haber7.com” saytında dərc olunan məqalədə bildirilib.
Məqalədə qeyd olunub ki, Almaniyanın ən böyük şirkətlərindən olan “EWE AG” 2007-ci ildə daxil olduğu Türkiyənin enerji bazarından çıxmağa hazırlaşır. “EWE AG”in qardaş ölkədə “Bursaqaz”, “Kayseriqaz”, “EWE Enerji”, “Enervis” və “Millenicom” olmaqla beş böyük şirkətə sahib olan törəmə şirkəti “EWE Turkey”nin səhmləri 200-250 milyon dollar məbləğində qiymətləndirilir.
Yazıda vurğulanıb ki, “EWE Turkey”nin səhmlərinin alınması ilə bağlı sərmayədarla aparılan danışıqlar demək olar ki başa çatdırılıb. Səhmləri almaq istəyən əsas namizəd şirkətlərdən biri SOCAR-dır. Bu məsələdə SOCAR-ın əsas rəqibi son dövrlərdə enerji sahəsinə sərmayələr yatıran “Kolin” şirkətidir.
Qeyd edilib ki, TANAP layihəsinin əsas səhmdarı olan SOCAR Türkiyənin enerji sektoruna milyardlarla dollar investisiya yatırıb. SOCAR-ın İzmirdə inşa etdiyi “STAR” neft emalı zavodu sentyabrda istifadəyə veriləcək.
Məqalədə diqqətə çatdırılıb ki, SOCAR-ın almağa çalışdığı “EWE Enerji” şirkəti ildə 2-2,5 milyard kubmetrlik təbii qaz tədarük etməklə Türkiyənin ən böyük topdansatış portfoliosuna sahibdir. SOCAR-ın enerji bazarının tələblərinə görə qiyməti nisbətən uyğun olan bu qazın əksər hissəsini “STAR” neft emalı zavodunda istifadə etməyi nəzərdə tutduğu vurğulanıb.




 
Bölməyə aid digər xəbərlər
19.10.2018
İzmirdə “Star” neft emalı zavodunun açılışı olub
19.10.2018
Prezident Azərbaycan energetiklərini təltif edib
19.10.2018
“Azərbaycanda gender əsaslı cinsi sistemin qarşısının alınması və aradan qaldırılması üzrə Milli Fəaliyyət Planı”
19.10.2018
Doqquz ayda əhalinin gəlirləri 9,5 faiz artıb
18.10.2018
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İtaliya Senatının sədri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10280

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
4 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info