Naxçıvanda 97 min 689 ton taxıl tədarük olunub
Tarix: 10.08.2018 | Saat: 14:03:00 | E-mail | Çapa göndər



Muxtar respublikada bu ilin məhsulu üçün 61 min 935 hektar sahədə əkin aparılıb, bunun da 32 min 483 hektarını və ya 52,4 faizini taxıl zəmiləri təşkil edib. Taxıl sahələrinin 22 min 632 hektarında buğda, 9 min 851 hektarında isə arpa əkilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, taxıl sahəsindən 97 min 689 ton məhsul tədarük olunub. Yığılan məhsulun 68 min 714 tonu buğda, 28 min 975 tonu isə arpadır. Məhsuldarlıq orta hesabla hər hektarda 30,1 sentner təşkil edib.
Cari ilin taxıl biçinində 95 kombayn iştirak edib ki, onun da 80-i sahibkarlara, 15-i isə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə məxsus olub.
Yığılan taxılın saxlanmasında mühüm əhəmiyyət kəsb edən taxıl anbarlarının yaradılması istiqamətində də bir sıra tədbirlər həyata keçirilib. Belə ki, ötən dövrdə 27 min ton taxılı uzun müddətə saxlamağa imkan verən taxıl anbarının istifadəyə verilməsi muxtar respublikada taxıl ehtiyatının yaradılmasında əhəmiyyətli rol oynayıb.
Muxtar respublikada məhsul istehsalçılarının texnika ilə təmin olunması məqsədilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 245 ədədi 2018-ci ilin yanvar-iyul aylarında olmaqla, ümumilikdə, 2299 ədəd müxtəlif adda kənd təsərrüfatı texnikası və avadanlığı alınaraq muxtar respublikaya gətirilib. Cari ilin yanvar-iyul aylarında əvvəlki dövrdə gətirilənlərlə birlikdə müxtəlif adda 160 kənd təsərrüfatı texnikası və avadanlığı lizinq yolu ilə məhsul istehsalçılarına verilib, 45-i nağd yolla satılıb.
Əkinçiliyin inkişafında başlıca şərtlərdən olan məhsuldar toxum sortlarının yetişdirilməsi, mütərəqqi metodlardan istifadə məqsədilə ötən dövrdə Naxçıvan şəhərində toxumçuluq təsərrüfatı üçün yeni kompleks inşa olunub. Əsas toxumçuluq bazası olacaq bu kompleksdə taxılla yanaşı, digər bitki toxumlarının satışının da həyata keçirilməsi nəzərdə tutulub. Kompleks yeni kənd təsərrüfatı texnikaları və toxumçuluq laboratoriyası avadanlıqları ilə təmin olunub. Burada toxumçuluq laboratoriyasında yüksək məhsuldarlığa malik xəstəliyə, ziyanvericilərə və yerli iqlim şəraitinə dözümlü toxum sortlarının yetişdirilməsi, toxumların genofonduna və seleksiyasına nəzarət istiqamətində işlər görülməkdədir. Bu istiqamətdə 2018-ci ilin məhsulu üçün təsərrüfatda 613 hektar sahədə taxıl əkini aparılıb və sahələrdən bol məhsul yığılıb. Həmçinin “Kəhrəba” fermer təsərrüfatında cari ilin məhsulu üçün əkilən 18,6 hektarı taxıl sahəsi olmaqla, ümumilikdə, 26,2 hektar sahədə yerli və rayonlaşdırılmış məhsuldar toxum sortlarından istifadə edilib. Yetişdirilən yerli toxum sortları muxtar respublikanın torpaq mülkiyyətçilərinə və fermer təsərrüfatlarına paylanacaq. Hazırda muxtar respublikada 5 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir.




 
Bölməyə aid digər xəbərlər
12.12.2018
Azərbaycan baramaya olan tələbatı yerli istehsalla ödəyəcək
12.12.2018
Azərbaycan mülki aviasiya sahəsi üzrə Avropa və MDB-də ən yüksək nəticə əldə edib
12.12.2018
Mikayıl Cabbarov: 2019-cu ildə maarifləndirmə tədbirlərinin artırılmasına xüsusi önəm veriləcək
12.12.2018
Tələbələrə məşğulluq, iş, təcrübə imkanları təklif edən sərgi
12.12.2018
Mərkəzi Bank 500 avro nominallı pul nişanı ilə bağlı açıqlama yayıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək
4 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
5 ВЕЛИКИЕ В ИСТОРИИ. Гейдар Алиев – человек с большим сердцем. Воспоминания бывшего мэра Москвы Юрия Лужкова


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info