İlahiyyat İnstitutu boş qalan yerlərə tələbə qəbulu elan edir
Tarix: 13.08.2018 | Saat: 18:49:00 | E-mail | Çapa göndər


Azərbaycan İlahiyyat İnstitutu islamşünaslıq ixtisası üzrə boş qalan yerlərə tələbə qəbulu elan edir.
İnstitutdan verilən məlumata görə, üçüncü ixtisas qrupu üzrə imtahan verən abituriyentlər islamşünaslıq ixtisasına qəbul olmaq üçün 15–16 avqust tarixlərində Dövlət İmtahan Mərkəzinin internet səhifəsinə daxil olaraq qeydiyyatdan keçməlidirlər.
Yüksək ixtisaslı islamşünas və dinşünas mütəxəssislərin hazırlanacağı Azərbaycan İlahiyyat İnstitutunda təhsil tam ödənişsizdir. İnstitut öz tələbələrinə ingilis, ərəb, klassik ibrani, sanskrit, klassik yunan, latın, rus və fars dillərini öyrənmək imkanı verir. Bütün xarici dillər 4 inkişaf istiqamətində - oxuma, dinləmə, danışma, yazma istiqamətlərində tədris ediləcək. Eyni zamanda, Aİİ tələbələrinə beynəlxalq mübadilə proqramları (Erasmus, Mevlana və s.) vasitəsilə Avropa, Amerika və Şərq ölkələrində təhsil almaq, dövlət xətti ilə magistratura və doktorantura pillələrini xarici ölkələrdə davam etdirmək imkanı yaradacaq.
Eyni zamanda, tələbələr din, tarix, fəlsəfə, dil, ədəbiyyat və digər elmlərə dair Azərbaycan, ərəb, türk, ingilis, fars və rus dillərində 12 mindən çox kitabdan istifadə etmək imkanına sahibdirlər. Kitabxanada kompüterlərlə təchiz edilmiş geniş oxu zalı və dərslik tələbatının maksimum təminatı üçün açıq rəf sistemi mövcuddur. İlahiyyat İnstitutu islamşünaslıq və dinşünaslıq ixtisasları üzrə məzun olacaq tələbələrin işlə təminatına şərait yaradacaq. Belə ki, institutdan məzun olacaq tələbələr dövlət qulluqçusu, din xadimi, tədqiqatçı və pedaqoq kimi fəaliyyət göstərə billəcəklər. Bütün bunlarla yanaşı, tələbələr aylıq təqaüd, yemək və geyimlə də təmin olunacaqlar.
İslamşünaslıq ixtisası üzrə təhsil almaq istəyən abituriyentlər dünyagörüşü səviyyəsinin və bu sahəyə maraqlarının müəyyənləşdirilməsi məqsədi ilə yaradılmış Psixoloji Komissiyada müsahibədən keçməlidirlər. Dövlət İmtahan Mərkəzinin yaratdığı Dini-Psixoloji Komissiyanın tərkibinə ekspertlər, psixoloqlar, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və İnstitutun əməkdaşları daxil edilib.
Müsahibədə abituriyentlərin psixoloji vəziyyəti və yaradıcı təfəkkür imkanlarının xüsusi metodika yolu ilə yoxlanılması nəzərdə tutulub. Müsahibə zamanı habelə abituriyentlərin ümumi dünyagörüşü və dini bilikləri, “İslamşünaslıq” ixtisasına uyğunluqları, xüsusilə gələcəkdə din xadimi kimi fəaliyyət göstərməyə münasibətləri, insanlarla ünsiyyət bacarığı, xitabət və natiqlik qabiliyyəti qiymətləndiriləcək.
Qeyd edək ki, valideynlərin və abituriyentlərin çoxsaylı müraciətləri nəzərə alınaraq DİM Aİİ-ə minumum keçid balını 150 bala endirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.04.2019
İki marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilib
18.04.2019
Səbaildə avtomobil yollarının yenidən qurulmasına 2,45 milyon manat ayrılıb
18.04.2019
Yanvar-fevral ayları ərzində Azərbaycanda 8237 nikah qeydə alınıb
18.04.2019
Hacıqabul Sənaye Məhəlləsində avtobus istehsalı zavodunun təməli qoyulacaq
18.04.2019
“Maaşlar və pensiyalar bundan sonra da qaldırılacaq”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10749

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi Babək Qurbanov haqqında
5 Rusiya Prezidenti Krasnoyarskdakı Azərbaycan diaspor rəhbərini təltif edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info