Heydər Əliyev milli sərhəd strategiyamızın banisidir
Tarix: 13.08.2018 | Saat: 18:50:00 | E-mail | Çapa göndər


Azərbaycan Sərhəd Mühafizəsinin 99-cu ildönümü ərəfəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Horadiz, Göytəpə, Yevlax, Zaqatala və Şəmkir şəhərlərində yerləşən hərbi hissələrində “Heydər Əliyev milli sərhəd strategiyamızın banisidir” mövzusunda seminarlar keçirilib.
DSX-nin mətbuat mərkəzindən bildiriblər ki, seminarlardan əvvəl hərbi qulluqçular və dəvət olunmuş qonaqlar hərbi hissələrdə Heydər Əliyev İdeoloji mərkəzlərində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən zəngin ekspozisiya ilə tanış olub və dahi rəhbərin əziz xatirəsini yad edərək büstü önünə gül dəstələri düzüblər.
Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlanan seminarlarda ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən söz açılıb. Tarixə adını əbədi həkk etmiş nadir şəxsiyyətin hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmiş, Vətəninə hədsiz məhəbbət, xalqının tarixinə, mədəniyyətinə, milli mənəvi dəyərlərinə böyük sevgi nümunəsi olan qüdrətli siyasi xadimin həyat və fəaliyyətindən danışılıb.
Dahi şəxsiyyətin ölkəmizə rəhbərlik etdiyi illərin intibah, milli tərəqqi, müstəqil dövlət quruculuğu dövrü olduğunun vurğulandığı seminarlarda böyük dövlət xadiminin müstəqil Azərbaycanın sərhəd mühafizəsinin inkişafındakı misilsiz xidmətləri minnətdarlıq hissi ilə xatırlanıb. Ulu Öndərin müəllifi olduğu milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müvəffəqiyyətlə yerinə yetirilməsi, ardıcıl həyata keçirilən islahatlar sayəsində Dövlət Sərhəd Xidmətinin sürətlə inkişaf edərək ölkəmizin sərhədlərini ən yüksək standartlar səviyyəsində mühafizə etməyə qadir quruma çevrilməsi qürur hissi ilə vurğulanıb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurların ulu öndər Heydər Əliyevin ideyalarının təntənəsi olduğu xüsusi qeyd edilib.
Dövlət Sərhəd Xidmətinin hərbi hissə və bölmələrində keçirilən seminarlarda respublikamızın tanınmış ziyalıları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Seminarların sonunda Ulu Öndərin həyat və fəaliyyətinə dair sənədli filmlər nümayiş olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb
13.11.2018
Külli miqdarda siqareti yanacaq çənində gizlətdi
13.11.2018
Yeni ildə yaxınlarınıza İSMA Bikes hədiyyə edin
13.11.2018
“Azərçay” və “Bizim Tarla” Lənkəran “Çay, çəltik, sitrus festivalı“nda

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info