Qeyri-rəsmi məşğulluğun qarşısının alınması üçün işəgötürənlərlə birgə müzakirələr aparılıb
Tarix: 13.08.2018 | Saat: 19:14:00 | E-mail | Çapa göndər


Qeyri-rəsmi məşğulluq işçilərin cari və gələcək sosial təminat hüquqlarının yaranmasına ciddi maneə olmaqla, onları həmçinin təhlükəsiz əmək şəraitində işləmək, minimum əmək haqqından aşağı olmayan əmək haqqı almaq, Əmək Məcəlləsində müəyyən olunmuş istirahət günlərindən və məzuniyyətlərdən istifadə etmək və s. kimi hüquqlardan məhrum edir.
Bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakının Nərimanov rayonunda “Nəqliyyat iqtisadi sahəsində qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzusunda bu sahədə fəaliyyət göstərən işəgötürənlərin iştirakı ilə keçirdiyi seminarda vurğulanıb.
Tədbirdə qeyri-rəsmi məşğulluğun əmək qanunvericiliyinin, işçilərin sosial-əmək hüquqlarının ciddi şəkildə pozulmasına, vergi, sosial sığorta və digər məcburi ödəmələrin yerinə yetirilməməsinə səbəb olduğu izah edilib. Belə halların nəqliyyat iqtisadi sahəsində də mövcud olduğu, işəgötürənlərin bu məsələyə daha məsuliyyətlə yanaşmalarının, hər bir işçi ilə məhz əmək müqaviləsi əsasında əmək münasibətləri qurmalarının vacibliyi diqqətə çatdırılıb.
Seminarda nəqliyyat iqtisadi sahəsində qeyri-rəsmi məşğulluğun qarşısının alınması üçün işəgötürənlərlə birgə müzakirələr aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
Nərimanov rayonunda yeni pilot layihənin icrasına başlanılıb
16.07.2019
Polşada böyük həcmdə yanacaq qaçaqmalçılığının qarşısı alınıb
16.07.2019
Qarabağ bölgəsindəki arxeoloji abidələr xəritələşdirilib
16.07.2019
Tramp Mark Esperin namizədliyini Pentaqonun rəhbəri vəzifəsinə təklif edib
16.07.2019
Naxçıvanda Türkiyənin 15 iyul – Demokratiya və Milli Birlik Günü ilə bağlı tədbir keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
4 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info