“Armenianreport.com”: ”Artaşatdakı ticarətçilər etiraz aksiyasına başlayıblar”
Tarix: 13.08.2018 | Saat: 19:23:00 | E-mail | Çapa göndər


“Kiçik ticarət obyektlərini belə, yoxlamağa 13-14 nəfər birdən gəlir”

“Armenianreport.com” xəbər verir ki, ötən gündən, avqustun 13-ü səhər saatlarından Artaşatdakı ticarətçilər etiraz aksiyasına başlayıblar. Ermənistanın dördüncü paytaxtı kimi təqdim edilən şəhərdə ticarətlə məşğul olanlar vergi orqanı nümayəndələrinin özbaşnalıqlarından şikayətçidirlər: «Onlar bütün şəhəri terror halına gətiriblər. Kiçik ticarət obyektlərini belə, yoxlamağa 13-14 nəfər birdən gəlir. 300 min dram məbləğində malı olan mağazalar 500-600 min dram cərimə edilir. Mağazalardakı kassa aparatını yoxlamağa gələn vergi müfəttişləri hər hansı bir pozuntu tapmadıqda, işçiləri yoxlamağa başlayırlar. Yoxlama zamanı nə isə umduqları açıq-aydın sezilir».
Bu arada etirazçı ticarətçilərlə görüşə gələn Ermənistan Dövlət Gömrük Komitəsinin rəhbəri David Ananyan baş verənlərlə bağlı rəsmi istintaq aparılacağını bildirib.
Qeyd edək ki, Ermənistanın əyalət şəhərində baş verənlər gözlənilən idi. Məsələ bundadır ki, Ermənistanın yeni rəhbərliyi bu narazılıqların başqa əyalətlərə də sirayət etməsindən ehtiyatlanırlar. Məsələn, erməni mediasının son məlumatlarına görə, Paşinyanın bəzi kadr təyinatları ölkədəki siyasi qüvvələrin narazılığına səbəb olub. Hətta bir müddət bundan əvvəl Paşinyanı dəstəkləyənlərin də artıq ondan uzaqlaşmağa başladığı barədə xəbərlər gəlməkdədir. Təbii ki, bu da gözlənilən idi. Çünki, hazırda Ermənistanda yaşananlar yeni baş nazirin nə siyasi, nə də iqtisadı proqrama malik olmamasından xəbər verir. Odur ki, Paşinyan xalqın başını qatmaq üçün hələ də pafoslu bəyanatlar, «Ermənistanın işıqlı gələcəyi barədə» yalan vədlər verməkdə davam edir.

300 min dram məbləğində malı olan mağazalar 500-600 min dram cərimə edilir

Xatırladaq ki, Paşinyanın bu gün nümayiş etdirdiyi mövqeyi onun iflasa uğrayacaq hakimiyyətinin uzaqda olmamasından xəbər verir. Artıq onun Qərbə bağladığı ümidlər də puç olmaqdadır. Maraqlıdır ki, artıq Avropadakı erməni diasporunun aparıcı təmsilçiləri Paşinyana anlayış göstərməkdən belə, imtina etməyə başlayıblar. Bunun bariz nümunəsi kimi, elə «Palitra» qəzeti oxucularına da yaxşı tanış olan erməni əsilli fransız iş adamı Aşxen Qorçunyanı göstərə bilərik. Ermənistandakı daxili vəziyyətin sabit olmadığını deyən, idarəçilikdəki korrupsiyaya yaxşı bələd olan erməni xanım təmsil olunduğu diaspor üzvlərinə İrəvana göndərilən yardımları dayandırmağa çağırıb. Aşxen Qorçunyan səbəb kimi, Ermənistanın onu müflis etdiyini göstərir.
Bu günün reallığı budur ki, İrəvan apardığı işğalçılıq siyasəti ilə özünü artıq təcrid vəziyyətinə salıb. Məhz elə bu səbəbdəndir ki, ölkə hələ də iqtisadi-siyasi böhran vəziyyətində yaşayır. Maraqlıdır ki, artıq Paşinyan hakimiyyətindən narazı olanların təqibləri ilə bağlı da xəbərlər dolaşmaqdadır. Məsələn, hazırda İsveçdə yaşayan hüquq müdafiəçisi Vahe Avetyan Ernənistandakı bugünkü həqiqətləri dünyaya çatdırdığı üçün hədələndiyini deyir. Qeyd edək ki, Avetyan soydaşlarını Ermənistanın indiki hakimiyyətinə də, bel bağlamamağa çağırış edib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10472

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info