Vətəndaşlar “BakuBus” MMC-yə edilən müraciətlərin nəticəsi barədə məlumatlandırılıb
Tarix: 13.08.2018 | Saat: 20:50:00 | E-mail | Çapa göndər


“BakuBus” MMC-də vətəndaşlarla növbəti görüş təşkil olunub.
Görüşdə vətəndaşlara “BakuBus” MMC-yə etdikləri müraciətlər əsasında aparılan araşdırmanın nəticəsi və görülən tədbirlər barədə məlumat verilib. Həmçinin, onların fikir və təklifləri dinlənilib.
Görüşdə bildirilib ki, “BakuBus” MMC vətəndaşların müraciətlərinin obyektiv araşdırılmasına xüsusi önəm verir. “Qaynar xətt”, elektron poçt və sosial şəbəkələr vasitəsilə, eləcə də Bakı Nəqliyyat Agentliyindən “BakuBus” MMC-yə daxil olan vətəndaş müraciətləri qeydə alınır. Eyni zamanda, müraciətlərin bir qismi dərhal cavablandırılır, araşdırma tələb edənləri nəzarətə götürülür. Araşdırma başa çatdıqdan sonra isə vətəndaşlar nəticə və həyata keçirilən tədbirlərlə tanış olmaq, həmçinin, fikir və təkliflərini bildirmək üçün “BakuBus” MMC-yə dəvət edilirlər.
Görüşdə vətəndaşlar müraciətlərinə obyektiv yanaşıldığına, həmçinin, onlara diqqət və qayğı göstərildiyinə görə “BakuBus” MMC-yə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, müraciətləri əsasında araşdırma aparılan vətəndaşların əksəriyyəti “BakuBus” MMC-də keçirilən görüşdə iştirak etməyiblər.
Görüşə qatılmayan vətəndaşlar yaxın günlər ərzində “BakuBus” MMC-yə gələrək müraciətləri əsasında aparılan araşdırmanın nəticəsi və görülən tədbirlər barədə məlumat ala bilərlər.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
“Bizim həyət”: abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib
18.02.2019
Sahil Babayev Sabirabad rayonunda 4 şəhər və rayonun sakinləri ilə görüşəcək
18.02.2019
Yaxın günlərdə Azərbaycanda ilk “DOST” mərkəzi açılacaq
18.02.2019
“ASAN xidmət”in səyyar avtobusunun növbəti dayanacağı Biləsuvar olub
18.02.2019
Bu günədək 3758 şəhid üzrə 5144 vərəsəyə birdəfəlik ödəmə verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info