Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
Tarix: 13.08.2018 | Saat: 21:56:00 | E-mail | Çapa göndər


Namiq Əliyev | Tarix üzrə fəlsəfə doktoru

22 illik uzun müzakirələrdən sonra, nəhayət ki, Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin prezidentlərinin toplantısında Xəzər dənizinin hüquqi statusu məsələsi öz həllini tapdı. Zirvə toplantısının yekununda prezidentlər İlham Əliyev, Vladimir Putin, Nursultan Nazarbayev, Həsən Ruhani və Qurbanqulu Berdıməhəmmədov Xəzər dənizinin hüquqi statusunu müəyyən edən Konvensiyanı imzaladılar. Konvensiya siyasi, iqtisadi, həmçinin ekoloji baxımdan mühüm əhəmiyyət daşıyır.
Xəzərlə bağlı tarixi razılaşma Xəzəryanı ölkələr arasında çoxtərəfli əməkdaşlığın yeni mərhələsinin əsasını qoydu. Bu Konvensiya Xəzəryanı dövlətlərin iqtisadi, nəqliyyat və ekoloji sahədə qarşılıqlı fəaliyyətini gücləndirəcək.
Bütün Xəzəryanı ölkələr, o cümlədən Azərbaycan Konvensiyadan daha çox iqtisadi fayda əldə edəcək. Məsələn, Xəzərin karbohidrogen ehtiyatalarının Qərb bazarlarına daşınması üçün dənizin dibindən kəmərlər çəkilməsi üzərində maneə aradan qaldırılacaq və bu, Azərbaycanın enerji daşıyıcıları ilə bağlı iqtisadi maraqlarına tam uyğundur. Konvensiya Azərbaycandan keçən tranzit yüklərin həcminin artmasına müsbət təsir edəcək. Bu, həm də o deməkdir ki, Azərbaycan vaxtında Ələt Beynəlxalq Dəniz Ticarət Limanını istismara verməklə çox uzaqgörən addım atıb.
Aktau sammitinin əsas yekunlarından biri də odur ki, Xəzəryanı ölkələr xüsusi iqtisadi forum yaradacaqlar ki, bu da dövlətlər arasındakı iqtisadi və işgüzar əlaqələri daha da möhkəmləndirəcək.
Zirvə toplantısında Xəzərin ekologiyasının qorunması məsələsinə xüsusi diqqət yetirilməsi də ölkəmiz üçün vacib amillərdən biridir.Məlumdur ki, Ermənistan Araz çayını həddindən artıq çirkləndirir və nəticədə Xəzərin ekoloji mühitinə ciddi zərər vurulur. Konvensiyadan sonra bu məsələ təkcə bizim yox, digər 4 Xəzəryanı dövlətin də problemi kimi ortaya qoyulmalı və birlikdə Ermənistandan ekoloji normalara əməl etməsi tələb olunmalıdır.
Nəhayət, bu Konvensiya yeni iqtisadi layihələrin hazırlanmasına və həyata keçirilməsinə səbəb olacaq. Bu da öz növbəsində region ölkələrində yeni iş yerlərinin açılması və əhalinin sosial rifahının daha da yaxşılaşması ilə müşayiət ediləcək.




 
Müəllifin son yazıları

13.11.2018 Mətbuat milli maraqları müdafiə edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info