“Konvensiya xoş məram, etimad, müştərək mənafe və mehriban qonşuluq əlaqələri sayəsində gerçəkləşdi”
Tarix: 14.08.2018 | Saat: 00:52:00 | E-mail | Çapa göndər


Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya imzalanıb. Zirvə toplantısının yekununda prezidentlər İlham Əliyev, Vladimir Putin, Nursultan Nazarbayev, Həsən Ruhani və Qurbanqulu Berdiməhəmmədov öz imzaları ilə Xəzər dənizinin hüquqi statusunu müəyyən edən sənədi təsdiq ediblər.
Dövlət başçıları mətbuat üçün bəyanatlarında müzakirə edilən əsas məsələlər arasında Xəzərin hüquqi statusu, Xəzər bölgəsində iqtisadiyyat, nəqliyyat, ekologiya və bioresursların qorunmasına dair əməkdaşlıq, bölgədə və qlobal miqyasda təhlükəsizlik kimi məsələləri qeyd ediblər.
Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya beynəlxalq ekspertlər, eləcə də yerli analitiklər tərəfindən yüksək qiymətləndirilir. Bundan əlavə, Xəzəryanı dövlətlərin müvafiq qurumlarının rəhbərləri tərəfindən bu Konvensiyadan irəli gələn digər mühüm sənədlər - Xəzər dənizində mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Protokol, Xəzəryanı dövlətlərin hökumətləri arasında ticari-iqtisadi əməkdaşlıq haqqında Saziş, Xəzəryanı dövlətlərin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Saziş, Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında Saziş və sərhəd xidməti idarələrinin əməkdaşlığı və qarşılıqlı əlaqələri haqqında Protokol imzalanıb.
Prezident İlham Əliyev də Aktau Zirvə toplantısındakı çıxışında və mətbuata bəyanatında bir sıra maraqlı və vacib məqamlara toxunub. O bildirib ki, Xəzərin bundan sonra da regionda sabitləşdirici rol oynaması üçün Konvensiyanın bütün müddəalarının yerinə yetirilməsinə səy göstərilməlidir. Prezident qeyd edib ki, Azərbaycan bu sənədin hazırlanmasının bütün mərhələlərində konstruktiv işləyib və digər Xəzəryanı ölkələr kimi, bu sənədin imzalanmasına öz töhfəsini verib.
Sammitdə qəbul edilən qərarlar Xəzəryanı ölkələr arasında əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi, Xəzər regionunda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcək.
Məsələ ilə bağlı “Palitra”ya açıqlama verən politoloq Qabil Hüseynli deyib ki, Azərbaycanın belə bir razılaşmanın əldə olunmasında əməyi böyük olub: “Konvensiya 22 illik gərgin çalışmaların nəticəsidir. Belə bir Konvensiyanın imzalanması o deməkdir ki, nəhayət ki, Xəzəryanı dövlətlər arasında müəyyən konsensuslara nail olundu. Bu Konvensiyanın Azərbaycan üçün ən böyük əhəmiyyəti ondan ibarətdir ki, Xəzərin təkindən aktiv şəkildə istifadə edərək neft və karbohidrogen ehtiyatlarını çıxaran əsas ölkə Azərbaycandır və bundan sonra bizim üçün bəzi maneələr aradan qalxmış olacaq. Çünki Azərbaycanın neft çıxardığı, yeraltı sərvətlərlə zəngin olan Xəzərin bir sıra bölgələri, bəzən mübahisələrə səbəb olurdu. Artıq indiyə kimi kəşf edilmiş və istismara buraxılmış obyektlər haqqında hər hansı bir fikir ayrılığı olmayacaq”.
Politoloq deyir ki, Xəzərin statusu məhəlli sahil sularının, dənizin fauna və florasının, eləcə də yeraltı faydalı yataqlarının işlənməsi və bölünməsi prinsiplərini də müəyyən edir: “Beləliklə də dövlətlər arasında polemika, mübahisələrə səbəb olmuş məsələlərə yekun vurulur. Zənnimcə, Xəzərin nəqliyyat potensialından, iki qitə-Avropa və Asiya arasındakı nəqliyyat potensialından da geniş istifadə etmək imkanları yaranır. Bu məsələdə Azərbaycanın rolu daha da artır. Çünki Azərbaycan ərazisindən Avrasiya materikini əhatə edən dəmir yolu, ən qısa dəmir yolu keçir. Eləcə də Şimal-Cənub dəmir yolu xətti bu yaxınlarda işə düşəcək ki, bu da Xəzərin dəniz nəqliyyatı vasitəsilə iki materik arasındakı geniş ticarət əlaqələrinin qurulmasında böyük rol oynayacaq. Xəzərin konstitusiyası adlandırıla biləcək konvensiyanın imzalanması irəliyə doğru atılan böyük bir addımdır. “Xəzər beşliyi” dövlət başçılarının imzaladığı sənəd xoş məram, etimad, qarşılıqlı ehtiram, müştərək mənafe və mehriban qonşuluq əlaqələri sayəsində gerçəkləşib”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info