“Güzəştli mənzil” sisteminin sınaq versiyası istifadəyə verilib
Tarix: 14.08.2018 | Saat: 01:02:00 | E-mail | Çapa göndər


Mənzil İnşaatı Dövlət Agentliyi “Güzəştli mənzil” sisteminin istifadəçilərinin mənzil seçimi prosesinin bütün mərhələləri ilə yaxından tanış olmasına, elektron imza sertifikatları və ya texniki avadanlıqlardan istifadə bacarıqlarının formalaşdırılmasına nail olmaq məqsədilə satış modulunun sınaq (demo) versiyasını istifadəyə verib.
Agentlikdən verilən məlumata görə, “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən Elektron İmza (www.e-imza.az) və ya Asan İmza (www.asanimza.az) ilə öz elektron kabinetlərinə daxil olub, onlara təqdim edilmiş xüsusi keçid vasitəsilə satış modulunun sınaq versiyasından istifadə edə bilərlər.
Sınaq versiyasının təlim məqsədli olmasına baxmayaraq, bütün əməliyyatlar “Elektron hökumət” portalı üzərində real vaxt rejimində aparılır və mənzil seçimi prosesi - satışı 5 sentyabr 2018-ci il tarixində başlanacaq Yasamal Yaşayış Kompleksinin 324 mənzilin seçimi ilə identikdir. Elektron kabinetə sahib olan vətəndaşların 9377 nəfər olduğunu nəzərə alaraq, sistem vasitəsilə aparılan əməliyyatlar hər gün müvafiq saatlarda yenilənərək sıfırlanır və seçim üçün təkrarən aktivləşdirilir.
“Güzəştli mənzil” sistemində elektron kabinetə yeni sahib olmuş vətəndaşlar kabinetin yaradılması ilə bağlı qərarın verildiyi tarixin növbəti günündən etibarən satış modulunun sınaq versiyasından istifadə edə bilərlər.
04.08.2018-ci il saat 16.00-dan etibarən 13.08.2018-ci il saat 00.00-dək “Güzəştli mənzil” sisteminin satış modulunun sınaq versiyasından 12 679 dəfə istifadə olunub. Sınaq versiyası vasitəsilə mənzil seçimini həyata keçirən vətəndaşların suallarını cavablandırmaq və istifadə zamanı onların üzləşdiyi texniki çətinliklərə dair müraciətləri ilə bağlı köməklik göstərmək məqsədilə MİDA tərəfindən xüsusi işçi qrup yaradılıb.
Mənzil seçimi prosesində vətəndaşların Elektron İmza və Asan İmzadan istifadəsi, onlayn imzalayıcı proqramının kompüterlərə yüklənməməsi və digər suallarla bağlı 04.08.2018-ci il tarixindən etibarən MIDA-ya və 108 Çağrı Mərkəzinə daxil olan bu müraciətlər işçi qrup tərəfindən emal olunaraq qısa zaman ərzində cavablandırılır və yaranan texniki çətinliklərin aradan qaldırılması üçün zəruri tədbirlər həyata keçirilir.
Qeyd edək ki, satış modulunun sınaq versiyasının istifadəsi və bununla bağlı göstərilən dəstək xidməti 31 avqust 2018-ci il tarixinədək davam edəcək.
Nigar




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info