Naxçıvan Beynəlxalq Hava Limanında payız-qış mövsümünə hazırlıq işləri müzakirə edilib
Tarix: 14.08.2018 | Saat: 11:40:00 | E-mail | Çapa göndər



Naxçıvan Beynəlxalq Hava Limanında payız-qış mövsümünə hazırlıqla əlaqədar xüsusi avtonəqliyyat xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi, lazımi ehtiyat hissələrinin alınması, sürücülərin bilik səviyyəsinin yoxlanması, texnikalardan düzgün və təyinatı üzrə istifadə qaydalarına əməl olunması yönündə maarifləndirmə işləri davam etdirilir.

AZƏRTAC–ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Naxçıvan Beynəlxalq Hava Limanında 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə danışılıb.
Hava limanının direktoru Mənşur Gülməmmədli deyib ki, hava gəmilərinin buzlaşmaya qarşı emalı, mayelərin toplanması, təyyarələrin yedəklənməsi, qarşılanıb yola salınması prosesləri mövsümə uyğunlaşdırılmalıdır.

“Payız-qış mövsümünə hazırlıqla əlaqədar ən vacib məsələlərdən biri də soyuq havalarda hava gəmilərinin uçuş-enmə zolağına təhlükəsiz, maneəsiz enib-qalxmasının təmin olunmasıdır. Aerodrom təminatı sahəsi bu istiqamətdə ardıcıl hazırlıq işləri aparmalıdır”, – deyən Mənşur Gülməmmədli qeyd edib ki, mövsümün sonuna qədər uçuş-enmə zolağında cari təmir işləri başa çatdırılmalı, ölçü cihazlarının test yoxlamaları keçirilməli, mühəndis-texnik heyət işini payız-qış mövsümünə uyğun təşkil etməli, qartəmizləmə qrafikləri hazırlanmalı və tələb olunan səviyyədə aerodromun normal istismarını təmin etməlidir. Bundan əlavə, qarlı və soyuq havalarda aerovağzal kompleksi və yardımçı binaların, uçuş-enmə zolaqlarının işıqlandırma sistemlərinin yoxlanması reqlamentə uyğun olaraq davam etdirilməlidir. Uçuşların elektrik işıq texnikası ilə təminatı xidmətinin mühəndis-texnik heyəti payız-qış mövsümünə hazırlıqla əlaqədar maarifləndirilməli və test yoxlamaları keçirilməlidir. Dizel generatorlarının, transformatorların, kəsintisiz enerji mənbəyi olan UPS qurğularına texniki baxışın keçirilməsi davam etdirilməlidir. Eyni zamanda, mövsümə hazırlıqla əlaqədar yanacaq-sürtkü materialları anbarında qulluq göstərən yanacaq maşınlarının, çənlərin, nasos qurğularının sazlığı nəzarətdə saxlanılmalıdır. Yanacaqların keyfiyyətinə nəzarət, filtr-süzən qurğuların saz saxlanılması, mövsümün sonuna qədər tələb olunan yanacağın toplanılması davam etdirilməlidir.
Mənşur Gülməmmədli hava limanının bütün xidmətlərinin payız-qış mövsümünə hazırlığının oktyabrın 15-dək yekunlaşmalı olduğunu bildirib.
Tədbir məruzə ətrafında çıxışlarla davam edib.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info