Xəzərin statusu barədə konvensiya regiona investisiyaların gəlişini asanlaşdıracaq
Tarix: 14.08.2018 | Saat: 12:43:00 | E-mail | Çapa göndər


Aktauda imzalanmış Xəzərin hüquqi statusu barədə konvensiya regiona investisiyaların gəlişini asanlaşdıracaq.
Bunu Trend-ə qazaxıstanlı politoloq Eduard Poletayev deyib.
E.Poletayevin sözlərinə görə, bu konvensiya uzunmüddətli perspektivə hesablanmış konseptual sənəddir:
“Xəzər dənizinin nizamlanmamış statusu fərqli qüvvələrin müxtəlif spekulyasiyaları üçün meydana çevrilmişdi. İndi bu cür spekulyasiyalar azalacaq. Beynəlxalq müqavilələrin bir növü olan konvensiya adətən bir mövzu ilə bağlı bütün məsələləri əhatə edir. Düzdür, bir sıra mübahisəli məqamlar konvensiyadan kənar qalsa da, bu məsələlər iki və ya üçtərəfli razılaşmalarla həll olunacaq. Ümumilikdə konvensiyanın imzalanması Xəzəryanı dövlətlərin əməkdaşlığında şəffaflığın artırılmasına və qarşılıqlı etimadın güclənməsinə xidmət edəcək”.
Politoloq bildirib ki, bu sənəd həmçinin təhlükəsizlik üçün cari və potensial təhdidlərə cavab olacaq:
“Konvensiya bir çox məsələlərin münaqişəsiz həlli üçün şərait yaradıb. Sənədin imzalanması əsasən neft və qaz yataqlarının mənsubiyyəti barədə mübahisələrin həllini, Xəzərin dibi ilə boru kəmərlərinin çəkilməsi imkanlarını, Xəzərdə təhlükəsizlik məsələlərinin, xüsusilə də üçüncü ölkələrin hərbi qüvvələrinin mövcudluğu məsələlərinin həll olunmasını asanlaşdırmalıdır”.
Qeyd edək ki, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı keçirilib. Toplantıda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info