Dövlət Neft Fondu lirə və rublun ucuzlaşması barədə açıqlama yayıb
Tarix: 14.08.2018 | Saat: 19:32:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən investisiya strategiyasının optimallaşdırılması, investisiya portfelinin diversifikasiyasının təmin edilməsi və uzunmüddətli gəlirliliyin yüksəldilməsi məqsədilə ARDNF-nin investisiya portfelinin əsasını təşkil edən aparıcı iqtisadiyyatlara malik ölkələrin (ABŞ, Avrozona və Birləşmiş Krallıq) valyutaları ilə yanaşı, digər ölkələrin valyutalarında ifadə olunan aktivlərə sərmayə qoyuluşları da həyata keçirilir.Bu barədə ARDNF-dən məlumat verilib.Məlumata görə, bu istiqamətdə ARDNF-nin investisiya portfelində Çin yuanı, Koreya vonu, Avstraliya dolları, Rusiya rublu və Türkiyə lirəsi daxil olmaqla digər valyutalar da yer alır.
ARDNF-nin investisiya portfelində cari ilin ikinci rübünün sonuna təqribən 0,9% pay təşkil edən Türkiyə dövlət istiqrazları və təqribən 0,9% pay təşkil edən Rusiyadakı investisiyalar (VTB bankın səhmləri və Moskva şəhərində “Tverskaya 16” ünvanında yerləşən ofis-ticarət mərkəzi) cari bazar konyukturası nəzərə alınmaqla Fondun hazırkı investisiya strategiyası və müvafiq orta və uzunmüddətli real gəlirlilik gözləntiləri ilə uyğunluq təşkil edir.
Bununla yanaşı, ARDNF tərəfindən son zamanlar qeyd edilən ölkələrdə daha çox büruzə verən geosiyasi risklər də nəzərə alınmaqla bütün investisiya portfelinin cari vəziyyəti, bazar konyukturası və gözləntilər ciddi şəkildə təhlil olunur və zəruri olduqda çevik taktiki addımlarla investisiya portfelinə müvafiq dəyişikliklər edilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
21.11.2018
Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzi noyabrın 23-dən yeni ünvanda fəaliyyət göstərəcək
21.11.2018
YAP rəhbərliyi və üzvləri ümummilli lider Heydər Əliyevin xatirəsini yad ediblər
21.11.2018
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 27 dəfə pozub
21.11.2018
Yeni Azərbaycan Partiyasının yaradılmasından 26 il ötür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info