“Konvensiyada Azərbaycanın təkliflərinin yer alması ölkəmizin regiondakı nüfuzunun göstəricisidir”
Tarix: 14.08.2018 | Saat: 19:33:00 | E-mail | Çapa göndər


Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması Azərbaycan da daxil olmaqla, bütün Xəzəryanı ölkələrin tarixində çox mühüm hadisədir.
Bu sözləri Milli Məclisin deputatı Musa Quliyev söyləyib.
Milli Məclisin deputatı deyib: “Bu məsələ uzun illərdir müzakirə olunurdu, bununla bağlı müxtəlif formatlarda danışıqlar aparılırdı. Nəhayət Xəzərin hüquqi statusu ilə bağlı sahil dövlətlərinin ikitərəfli və çoxtərəfli görüşləri öz məntiqi nəticəsini verdi. Mətbuata bəyanatı zamanı Prezident İlham Əliyevin qeyd etdiyi kimi, imzalanmış Konvensiya Xəzəryanı ölkələrin sıx qarşılıqlı fəaliyyəti, iqtisadi, nəqliyyat xarakterli məsələlərin, xalqlarımızın həyat səviyyəsinin yaxşılaşmasına kömək edəcək məsələlərin həlli üçün geniş perspektivlər açır”.
Musa Quliyev qeyd edib ki, beynəlxalq əməkdaşlığa xüsusi önəm verən Azərbaycan qonşu dövlətlərlə birgə irimiqyaslı layihələr həyata keçirir. Eyni zamanda, Azərbaycan öz əlverişli coğrafi yerləşməsinə görə Asiya və Avropa qitələri arasında körpü rolunu oynayır və Avrasiya məkanında aparıcı rola malik olan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində önəmli yer tutur. Azərbaycan mövcud nəqliyyat potensialını və tranzit imkanlarını artırmaq məqsədilə böyük sərmayələr qoyur, ölkə daxilində və regionda iri miqyaslı infrastruktur layihələrini həyata keçirir. Dövlətimizin başçısının mətbuata bəyanatında vurğuladığı kimi, Azərbaycan qitələri birləşdirəcək nəqliyyat infrastrukturuna fəal surətdə sərmayə yatırır və reallaşdırdığı layihələr Xəzəri mühüm nəqliyyat arteriyası kimi nəzərdən keçirməyə imkan verir. Bu baxımdan qeyd edə bilərik ki, Azərbaycanın yaratdığı müasir infrastruktur Xəzəri mühüm nəqliyyat arteriyasına çevirə bilər.
Konvensiyada Azərbaycanın təkliflərinin yer almasını ölkəmizin regiondakı nüfuzunun göstəricisi kimi dəyərləndirən deputat bildirib ki, “Xəzər beşliyi” dövlət başçılarının imzaladığı sənəd xoş məram, etimad, qarşılıqlı ehtiram, müştərək mənafe və mehriban qonşuluq əlaqələri sayəsində reallaşdı. “Hesab edirəm ki, region ölkələri, xüsusən Azərbaycan Konvensiyadan daha çox iqtisadi fayda götürəcək. Sənədə görə Xəzərin karbohidrogen ehtiyatlarının Qərb bazarlarına daşınması üçün dənizin dibindən kəmərlərin çəkilməsi üzərində olan maneə aradan qaldırılır. Bütün bunları nəzərə alaraq qeyd edə bilərik ki, Xəzər dənizinin karbohidrogen, su, bioloji ehtiyatlarının səmərəli istifadəsi üçün çox mühüm bir sənəd imzalanıb. Bu Konvensiya regionda sülhə, barışa, iqtisadi inkişafa, dostluğa xidmət edəcək”,- deyə Milli Məclisin deputatı vurğulayıb.
AZƏRTAC




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info