“Mühəndis-axtarış işlərinin yerinə yetirilməsi Qaydaları”nda dəyişiklik edilib
Tarix: 15.08.2018 | Saat: 00:24:00 | E-mail | Çapa göndər


Nazirlər Kabinetinin “Mühəndis-axtarış işlərinin yerinə yetirilməsi Qaydaları”nda dəyişiklik edilib. Qaydaların indiyədək olan variantına əsasən, mühəndis-axtarış işlərinin nəticələrinə əsasən tikinti zamanı bitişik və qonşu obyektlərin texniki vəziyyətinə daimi müşahidə ilə bağlı tədbirlər tikinti layihəsində nəzərdə tutulmalıdır. Deformasiya (zədələnmə) aşkar edildikdə, podratçı tikinti işlərini dərhal dayandıraraq, bu barədə sifarişçiyə, layihəçiyə, Fövqəladə Hallar Nazirliyinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və yerli icra hakimiyyəti orqanlarına məlumat verməlidir.
Yeni dəyişikliyə əsasən isə deformasiya (zədələnmə) aşkar edildikdə, podratçı tikinti işlərini dərhal dayandıraraq, bu barədə sifarişçiyə, layihəçiyə, Fövqəladə Hallar Nazirliyinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və yerli icra hakimiyyəti orqanlarına, tikinti işləri Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq sahəsində aparıldığı hallarda isə həmçinin həmin Agentliyə məlumat verməlidir.
“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunun tətbiqi ilə əlaqədar “Balıqçılıq təsərrüfatı ekspertizasının aparılması Qaydası”na da dəyişiklik edilib.
Bu qaydaların indiyədək olan variantına görə, balıqçılıq su obyektlərinin vəziyyətinə təsir edə bilən müəssisələrin, qurğuların və digər obyektlərin tikintisi və yenidən qurulması layihələrinin Qanuna və ekoloji tələblərə uyğunluğuna dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi Şəhərsalma və Tikinti Məcəlləsinin 75.4-cü maddəsinə görə tikintiyə icazə verən orqanların sorğusu əsasında verilir. Yeni dəyişikliklə isə bu cümlədəki “orqanların” sözü “orqanın (qurumun)” sözləri ilə əvəz edilib.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Ermənistan atəşkəs rejimini 89 dəfə pozub
22.09.2018
Prezident İlham Əliyev Milli Gimnastika arenasında yarışlara baxıb
22.09.2018
Neftin qiyməti bahalaşır
22.09.2018
Ermənistan atəşkəs rejimini 112 dəfə pozub
21.09.2018
Cüdo üzrə dünya çempionatının ikinci gününə yekun vurulub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info