“Konvensiya xalqların daha da yaxınlaşmasına səbəb olacaq”
Tarix: 15.08.2018 | Saat: 00:28:00 | E-mail | Çapa göndər


Yaxın gələcəkdə Xəzəryanı ölkələrin qarşılıqlı əməkdaşlığının daha da genişlənəcəyinin, təkcə neft-qaz sahəsində deyil, digər istiqamətlərdə də ortaq layihələrin həyata keçirilməsinin şahidi olacağıq. Xəzərin hüquqi statusuna dair Konvensiya Xəzəryanı ölkələr arasında əməkdaşlığın daha da genişlənməsinə təkan verəcək. Bu sözləri Milli Məclisin deputatı Şahin İsmayılov deyib.
Şahin İsmayılov qeyd edib ki, avqustun 12-də tarixi hadisənin şahidi olduq. Artıq 1996-cı ildə başlanan danışıqlar öz məntiqi nəticəsini tapdı və Xəzərin hüquqi statusu müəyyənləşdi. Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsinin əhəmiyyətini bir neçə istiqamət üzrə dəyərləndirmək olar. Birincisi, Xəzəryanı ölkələrin uzun müddət apardıqları danışıqlar zamanı ortaya çıxan müəyyən ziddiyyətlər aradan qalxdı. Xəzəryanı ölkələr Xəzərin statusu ilə bağlı yekun bir qərara gəldilər. Bu, tarixi və siyasi hadisədir. İkincisi, artıq Xəzəryanı ölkələrin daha geniş şəkildə ortaq layihələr həyata keçirməsi asanlaşacaq. Bilirsiniz, müəyyən ziddiyyətli məsələlər mövcud idi. Bu məsələlərdə Xəzəryanı ölkələr razılığa gəldilər. Bir sıra yataqların birgə işlənməsi ilə bağlı perspektiv layihələrin şahidi olacağıq.
Milli Məclisin deputatı deyib: “Üçüncüsü, Xəzərə daha böyük investisiyaların cəlb olunmasını müşahidə edəcəyik. Bu investisiyalar həm neft-qaz yataqlarının birgə işlənməsi sahəsində, həm də Xəzərin turizm və nəqliyyat imkanlarından daha geniş şəkildə istifadə olunmasına gətirib çıxaracaq. Xəzərin olduqca böyük turizm və nəqliyyat imkanları var. Ona görə dövlət başçılarının imzaladığı sənəd Xəzərin bu imkanlarından gələcəkdə daha geniş istifadə olunmasına şərait yaradacaq”.
Şahin İsmayılov bildirib ki, dördüncü istiqamət kimi Xəzəryanı dövlət başçılarının imzaladığı bu sənəddə qarşılıqlı etimadın, inamın, güvənin şahidi olduq. Bu gün Xəzəryanı ölkələrin dövlət başçıları arasında kifayət qədər yaxşı münasibətlər mövcuddur, həm də xalqlarımız arasında tarixi bağlılıq var. Bu, xalqlarımızın daha da yaxınlaşmasına gətirib çıxaracaq. Ümumilikdə, bu tarixi sənədin imzalanması əməkdaşlıq üçün geniş perspektivlər açır.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
25.09.2018
Müdafiə Nazirliyi: Düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq
25.09.2018
“Fransızdilli” Ermənistanın Frankofoniya sərgüzəştləri
25.09.2018
Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək
25.09.2018
Prezident İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Yalnızlıq qorxusu
2 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
3 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Öz vətənimdə dünya çempionu oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info